» » Baş nazirin müavini: “Əli Kərimli çox böyük səhv edir”

Baş nazirin müavini: “Əli Kərimli çox böyük səhv edir”

15-02-2017, 16:30
Yerləşdirdi: Admin
Çıxartmaq
Baş nazirin müavini: “Əli Kərimli çox böyük səhv edir”
"Təəssüflər olsun ki, bəzi müxalif qüvvələr cıxış edirlər ki, 20 gün bundan qabaq imzalanan fərmana nə üçün dəyişiklik edilməlidir? Əli Kərimli çox böyük səhv edir, onun şüur səviyyəsi elə ora qədərdir".

"Report"un Qarabağ bürosunun məlumatına görə, bunu Cəbrayılda jurnalistlərə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Prezident İlham Əliyevin yanvarın 23-də imzaladığı fərman 3-5 günə ortaya çıxmayıb: "Cənab Prezidentin tapşırığına əsasən 4 ay əvvəl "Qaçqınkom" və digər aidiyyatı qurumlar həmin fərman üzərində çalışırdı. 2016-cı ilin dekabr ayında fərmanın ilkin variantı hazır oldu və müzakirələr zamanı bu sual xüsusilə "Qaçqınkom" tərəfindən qoyulmuşdu. Cənab Prezidentin də məlumatı var idi. Bəzi məcburi köçkünləırin yaşadığı yerlərdə təbii qaz yoxdur.

Elə yaşayış yerləri də var ki, qaz, su, işıq var amma sayğacların quraşdırılması üçün şərait yoxdur. Harada qaz yoxdursa, təbii ki, orada elektrik enerjisi sərfiyyatı çox olacaq. Lakin biz dekabr ayında konkret rəqəmləri ortaya qoya bilmirdik. Ona görə də Prezident İlham Əliyev 30 gün muddətində yenidən vaxt verdi ki, aidiyyatı qurumlar və yerli icra hakimiyyəti orqanları ilə birlikdə monitorinq aparılsın. Qaz olmayan yataqxanalar, pansionatlar, yarımçıq tikililər, qazı, suyu, işığı olan, sayğacların quraşdırılması mümkün olan yerlər müəyyən edildi. Burada söhbət yığcam, yəni 50-100 ailənin birlikdə yaşadığı yerdən gedir. Biz yanvar ayında artıq real sərfiyyatı Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə müəyyənləşdirdik və Prezident İlham Əliyevə məruzə etdik. Yanvar ayının 1-dən qaz, su, elektrik enerjisi olan, sayğac quraşdırmaq mümkün olmayan yerlərdə ödəniş əvvəlki qaydada olacaq".
dle 10.5
Xəbər
Diplomatik mənbə: Ərdoğanla Putin razılaşdı, 5 rayon qayıdır...Güclü zəlzələ Bakının bu ərazisini dağıda bilərDGK büdcə öhdəliyini vaxtından əvvəl yerinə yetirdiƏrdoğan yenə Putinlə görüşə gedirRusiyanın Qarabağ təklifi: hansı paket müzakirə edilir?Rusiya qaçaq baş nazirlə danışıqlara başladıİrəvanı AŞPA-da nasist təmsil edirmiş: “Zənci reyslər...”Növbəti zəlzələ: dünya titrəməkdə davam edir - 5.9 balAğdamda güclü zəlzələ: 130-dan artıq ev...Azərbaycanda növbəti zəlzələBin Salman məşhur misirlini özünə müavin təyin etdiKremlin İrəvan planı: Sərkisyana təsir vasitələri...Dollar ucuzlaşacaqBu ölkə DÇ-yə vəsiqə qazanmadığı üçün 1 milyard itirdi"Qarabağ"ın rəqibinin oyunçusu “Barselona” ilə razılaşdıÖlkədə uşaqlar arasında yeni virus yayılıb – XəbərdarlıqUzun ömürlülüyün sirri bu iki yağdadır...Rusiyada sərnişin təyyarəsi qəzaya düşdü – Ölənlər varŞimali Qafqaz Rusiyadan ayrıla bilər - Bu şərtlərləLavrov Bakıya hansı təkliflərlə gəlir? – ŞərhQida Təhlükəsizliyi Agentliyinin önəmi - EkspertErmənistan ordusu öz hərbi hissələrini bombaladı - VideoOrdu çevriliş üçün yola çıxdı: tanklar paytaxta doğuDünya belə məhv olur – Fizikdən şok faktlarBill Qeyts özünün "ağıllı" şəhərini inşa edəcəkİsrail bu ölkəni susuz qoymaqla hədələdiPentaqon qəribə açıqlamalar verir - QatilovAzərbaycanda bu sahədə maaşlar daha yüksəkdirhttps://www.youtube.com/watch?v=02jr3LEe8ssJirinovskidən şok: Rusiyada yeni türk dövləti yaranacaq - VideoSoçidə mətbuat konfransı: Putin bizə müjdə verdi - VideoƏrdoğan Rusiyaya "ordunu geri çək" deməklə... - ÇavuşoğluƏrdoğan açıqladı: Putinlə Qarabağı…İran Bakıya razılıq verdi, Ankaraya yoxPutin Ərdoğandan sonra separatçı liderlə görüşəcəkNazir şöbə rəisini işdən çıxardıMühüm dəyişiklik gəlir: nazirliklərin ləğvi və ya...İranda dəhşətli zəlzələ silahla törədilib? - EkoloqSərkisyan AŞ-də hərbi cinayətkar olduğunu dedi, amma...Bakıda polisə tabe olmayan sərxoş sürücü... - VideoAlimlərdən unikal tapıntı: Şərabın vətəni BorçalıdırBakı Tehrana yardım təklif etdi: Qurbanların sayı artırDəhşətli zəlzələnin başladığı an - VideoTelman İsmayılovun qardaşı da həbs edildiİsrail avropalı deputatları ölkəyə buraxmırKüveyt: Ərdoğanın mövcud şərtlərlə səfəri...Ukrayna Türkiyəyə sığınır: 2 milyonluq müqavilə...Dəmiryolu ilə yükdaşımaların həcmi niyə azdır?Ələkbərovdan neft proqnozu: 70 dollara...Sətəlcəm xəstəliyi niyə geniş yayılıb? – Təhlükə