
Azərbaycanda bəzi siqaretlər ucuzlaşıb.
Unikal.org xəbər verir ki, dolların ucuzlaşması idxal məhsullarının qiymətinə ciddi təsir edib.
Əldə edilən məlumata görə, bu gün Azərbaycanda siqaretlərin yenidən 10-20 qəpik ucuzlaşması ilə bağlı şirkətlər tərəfindən qərar verilib.
Sayt bir sıra siqaretlərin yeni qiymətlə satıldığını bildirib. Misalçün "Vinçester" (qalın) 1.5 AZN-dən 1.8 AZN-ə qaldırılmışdırsa, hazırda bu siqaretin qiyməti 1.6 manat təşkil edir.
Digət siqaretlərin də qiymətində eyni qayda ilə qismən ucuzlaşma müşahidə olunur.
dle 10.5