» » Məktəblilərin intihar etməsinə iki baxış

Məktəblilərin intihar etməsinə iki baxış

16-02-2017, 10:25
Yerləşdirdi: Admin
Çıxartmaq
Məktəblilərin intihar etməsinə iki baxış Psixoloq: “Yeniyetmələrdə gizli depressiya yaşanır”; Təhsil eksperti: “İntiharların səbəbi məktəb rəhbərliyinin düzgün yol tutmamasıdır”


Xırdalanda 11-ci sinif şagirdi intihar edib. Bir müddət öncə isə 14 yaşlı məktəbli oğlan da heç kəsə bəlli olmayan səbəblərdən intihar etmişdi. Demək olar ki, böyüklərin intiharı ilə yanaşı, məktəblilərin də suisid statistikası həyəcan təbili çalmağa əsas verir.


Məktəblərin əksəriyyətində psixoloqlar olsa da, onların fəaliyyəti yalnız kağız üzərindədir. Azərbaycandan fərqli olaraq digər ölkələrdə depressiyada olduğu fərq edilən uşağa dərhal məktəb psixoloqu müdaxilə edir, valideynləri ilə danışır. Bizdə isə vəziyyət intihar həddinə qədər gəlib çatır. Maraqlıdır, məktəbli niyə intihar etsin ki? Uşaqları həyatdan küsdürən nədir? Valideynlər uşaqları ilə necə davranmalıdır?


Psixoloq Vəfa Rəşidova yeniyetmələrdə gizli depressiya yaşandığını dedi: “Uşaqlarda, yeniyetmələrdə də depressiya olur. Yeniyetmələrdə daha çox ailə ilə bağlı intiharlar olur. Amma mümkündür ki, bu, genetik intihara meyllilikdən də irəli gəlsin. Biz psixoloq olaraq ilkin rəy üçün genetikanı yoxlayırıq ki, gendə intihar halı baş veribmi? Bundan sonra isə yaranan problemləri araşdırmaq lazımdır. Yeniyetmələrdə gizli depressiya yaşanır. Həmin o depressiya pik nöqtəyə çatanda o, intihara cəhd edir. Uşaq ana bətnində olarkən ana depressiya yaşayırsa, bu, təbii ki, uşağa da yansıyır və uşaq depressiyaya meylli biri olaraq dünyaya gəlir. Bəzən deyirlər ki, uşaq elə yaxşı sakit uşaqdır ki, bir kənarda oturur və ya qapını örtüb digər otağa keçir. Bu yaxşı, sakit uşaq demək deyil. Burada artıq uşağı diaqnostikadan keçirməlidirlər ki, mənim uşağım niyə belədir? Bütün uşaqlar bir-birinə qarışır, oynayırlar, amma mənim uşağım kənarda kədərli dayanır. Bəzən valideynlər buna görə sevinir ki, uşağım sakitdir. Xeyr, bu sakit demək deyil. Bunun kökündə nəsə var. Çünki bir kənarda boynunu büküb oturmaq uşağa xas xüsusiyyət deyil”.
Məktəblilərin intihar etməsinə iki baxış

Psixoloqa görə, yeniyetmələrdə də intihar halı çox zaman ailədaxili münasibətlərə görə olur: “Bu daha çox boşanan ailələrdə müşahidə olunur. Praktikamda belə bir şey müşahidə etmişdim ki, uşaqlar arasında müqayisə aparılması da intihara gətirib çıxara bilən səbəblərdəndir. İki bacı vardı, valideynləri onları daim müqayisə edirdilər ki, sənin bacın belədir, bunu bacarır, sən elə deyilsən, bacına bax örnək götür və s. Həmin o yeniyetmə qız uşağını o həddə çatdırmışdılar ki, o özünü evin tam ortasından asmışdı. Bunun əslində psixoloji açıqlaması vardı. Həmin o yeniyetmə qız davranışı ilə ailəsini cəzalandırdı ki, baxın, mən artıq yoxam, çəkin mənim acımı. Düzdür, bu çox yanlış bir addımdır. Əslində intihara meyl göstərən insan ”yaşamaq istəmirəm", “bezmişəm”, “məni istəmirsiniz” kimi sözlərlə evdə mütləq bir siqnal ötürmüş olur. Valideynlər burada ayıq olmalıdır. Yeniyetmələrdə xüsusi problem sevgi yetərsizliyi, qayğıdır. Bir də anidən olan intihar olur ki, onun səbəbi heç vaxt heç kimə aydın olmur".


V.Rəşidova məktəb psixoloqlarının motiviasiya olmadığını bildirdi: “Bu gün iş xatirinə gəldim qol çəkdim ki, işdə olmuşam deyib getmək asandır. Amma işini görmək lazımdır. Psixologiya elə bir sahədir ki, son nəfəsinə kimi nəsə etməlisən ki, ortada əziyyətinin bəhrəsi olsun. Məktəb psixoloqları o qədər diqqətli olmalıdır ki, heç olmasa depressiyanın nə olduğunu özləri üçün öyrənsinlər. Məktəb psixoloqları sinifləri gəzsə, uşaqlarla fərdi söhbət etsə, məktəbli intiharlarının sayı azalar”.
Məktəblilərin intihar etməsinə iki baxış

Təhsil eksperti Kamran Əsədov isə məktəbli intiharlarının səbəbini məktəb rəhbərliyinin düzgün yol tutmamasında gördüyünü dedi: “Orta məktəblərin çoxunda psixoloqlar yoxdur, yaxud onlar vəzifələrini düzgün yerinə yetirə bilmirlər. 2015-2016-cı tədris ilində apardığım kiçik araşdırmadan sonra bu qənaətə gəldim. Apardığım araşdırmadan məlum oldu ki, məktəblərdə çalışan psixoloqların çoxu peşəkar deyil. Bu vəzifədə çalışanların əksəriyyətinin hətta psixologiya üzrə təhsili belə yoxdur. İntihar hallarının məktəblilər arasında artmasının səbəbi orta təhsil müəssisələrində psixoloqların zəif işləməsidir. Nəzərə alsaq ki, valideynlər səhər işə gedib, axşam evə gəlirlər, demək, uşaq ən çox məktəbdə vaxt keçirir. Belə olan halda, şagirdlərin problemləri ilə məktəb rəhbərliyi və orada çalışan psixoloqlar maraqlanmalıdır.

Məktəblərdə bu sahədə çalışanların əksəri psixologiya üzrə təhsil almayıb. Çox təəssüf ki, bu gün məktəblərdə çalışan psixoloqların əksəriyyətinin özlərinə psixoloq lazımdır. Onların çoxunun işi şagirdlərin problemlərini dinləmək, problemlərin həlli istiqamətində məsləhət vermək yox, bu barədə məktəb direktoruna satqınçılıq etməkdən ibarətdir. Bu gün Azərbaycan orta məktəblərində azı 1 psixoloq, əgər uşaqların sayı min nəfəri keçirsə, 2-3 mütəxəssis çalışmalıdır. Amma heç biri gedib uşaqları dinləmir. Onların fizioloji problemlərini soruşmurlar.

Hesab edirəm ki, orta məktəblərdə psixoloq yerinə savadlı kadrlar götürülməlidir. Buna görə də bir çox psixoloqlar əsas işi görmürlər. Sadəcə, məktəb direktorunun tapşırığını yerinə yetirirlər. Bu gün məktəb psixoloqlarının özləri şagirdlərlə kobud, əsəbi, qeyri-etik davranırlar. Əslinə qalsa, baş verən neqativ hadisələrin, intiharların səbəbi məktəb rəhbərliyinin düzgün yol tutmamasıdır. Bu gün məktəblərdə müəllimlər, psixoloqlar kurslara, treninqlərə getmirlər. Düşünürəm ki, məktəb direktorları qarşısında bu tələblər qoyulsa, bu sahəyə diqqət ayrılsa, təhsildə ciddi dönüş yaranacaq, intihar halları məktəblilər arasında azalacaq”.


Günel MANAFLI dle 10.5
Xəbər
Diplomatik mənbə: Ərdoğanla Putin razılaşdı, 5 rayon qayıdır...Güclü zəlzələ Bakının bu ərazisini dağıda bilərDGK büdcə öhdəliyini vaxtından əvvəl yerinə yetirdiƏrdoğan yenə Putinlə görüşə gedirRusiyanın Qarabağ təklifi: hansı paket müzakirə edilir?Rusiya qaçaq baş nazirlə danışıqlara başladıİrəvanı AŞPA-da nasist təmsil edirmiş: “Zənci reyslər...”Növbəti zəlzələ: dünya titrəməkdə davam edir - 5.9 balAğdamda güclü zəlzələ: 130-dan artıq ev...Azərbaycanda növbəti zəlzələBin Salman məşhur misirlini özünə müavin təyin etdiKremlin İrəvan planı: Sərkisyana təsir vasitələri...Dollar ucuzlaşacaqBu ölkə DÇ-yə vəsiqə qazanmadığı üçün 1 milyard itirdi"Qarabağ"ın rəqibinin oyunçusu “Barselona” ilə razılaşdıÖlkədə uşaqlar arasında yeni virus yayılıb – XəbərdarlıqUzun ömürlülüyün sirri bu iki yağdadır...Rusiyada sərnişin təyyarəsi qəzaya düşdü – Ölənlər varŞimali Qafqaz Rusiyadan ayrıla bilər - Bu şərtlərləLavrov Bakıya hansı təkliflərlə gəlir? – ŞərhQida Təhlükəsizliyi Agentliyinin önəmi - EkspertErmənistan ordusu öz hərbi hissələrini bombaladı - VideoOrdu çevriliş üçün yola çıxdı: tanklar paytaxta doğuDünya belə məhv olur – Fizikdən şok faktlarBill Qeyts özünün "ağıllı" şəhərini inşa edəcəkİsrail bu ölkəni susuz qoymaqla hədələdiPentaqon qəribə açıqlamalar verir - QatilovAzərbaycanda bu sahədə maaşlar daha yüksəkdirhttps://www.youtube.com/watch?v=02jr3LEe8ssJirinovskidən şok: Rusiyada yeni türk dövləti yaranacaq - VideoSoçidə mətbuat konfransı: Putin bizə müjdə verdi - VideoƏrdoğan Rusiyaya "ordunu geri çək" deməklə... - ÇavuşoğluƏrdoğan açıqladı: Putinlə Qarabağı…İran Bakıya razılıq verdi, Ankaraya yoxPutin Ərdoğandan sonra separatçı liderlə görüşəcəkNazir şöbə rəisini işdən çıxardıMühüm dəyişiklik gəlir: nazirliklərin ləğvi və ya...İranda dəhşətli zəlzələ silahla törədilib? - EkoloqSərkisyan AŞ-də hərbi cinayətkar olduğunu dedi, amma...Bakıda polisə tabe olmayan sərxoş sürücü... - VideoAlimlərdən unikal tapıntı: Şərabın vətəni BorçalıdırBakı Tehrana yardım təklif etdi: Qurbanların sayı artırDəhşətli zəlzələnin başladığı an - VideoTelman İsmayılovun qardaşı da həbs edildiİsrail avropalı deputatları ölkəyə buraxmırKüveyt: Ərdoğanın mövcud şərtlərlə səfəri...Ukrayna Türkiyəyə sığınır: 2 milyonluq müqavilə...Dəmiryolu ilə yükdaşımaların həcmi niyə azdır?Ələkbərovdan neft proqnozu: 70 dollara...Sətəlcəm xəstəliyi niyə geniş yayılıb? – Təhlükə