» » Usubov: "Qorbaçov istintaqdan yayınıb və 68 cildlik əsas iş hələ də bizə verilməyib"

Usubov: "Qorbaçov istintaqdan yayınıb və 68 cildlik əsas iş hələ də bizə verilməyib"

20-01-2017, 20:33
Yerləşdirdi: Admin
Çıxartmaq
Usubov: "Qorbaçov istintaqdan yayınıb və 68 cildlik əsas iş hələ də bizə verilməyib"
“SSRİ-n keçmiş prezidenti Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi və ordunun Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.
R.Usubov bildirib ki, bu fərman əsasında sovet qoşunları 1990-cı il yanvarın 19-da saat 00:00-dan başlayaraq Bakının keçmiş “Nasosnıy” qəsəbəsi, keçmiş “Əzizbəyov” metrosu və Sumqayıt şəhəri istiqamətindən şəhərə daxil olub və dinc əhalini qırğına məruz qoyub. Nəticədə 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 814 nəfər qanunsuz həbs olunub. Binalara və digər dövlət əmlakına ciddi ziyan dəyib. Bakıda yetərincə hərbçi olduğu halda, şəhərə 66 min nəfərlik əlavə qoşun kontingenti yeridilib. Bunlar SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbçiləri və kursantları idi. Əməliyyata Krasnodar vilayətindən müddətdən artıq hərbi qulluq keçən hərbçilər də cəlb edilib ki, onların arasında çoxlu erməni də olub.
Rüstəm Usubovun sözlərinə görə, Azərbaycan Televiziyasının enerji blokunun partladılması Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub: “O vaxt işi Rusiya Prokurorluğu aparırdı. Azərbaycan Prokurorluğu cinayət işinə çox gec - 14 fevral, 1992-ci ildə başlayıb, bu da o vaxtkı rəhbərliyin səhvidir. İki ildən sonra istintaq aparılması çox çətin idi, müəyyən sübutlar aradan qaldırılmışdı. Təzədən dindirmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm burda, həm də Moskvada aparıldı. SSRİ Mərkəzi Komitəsinin rəhbər işçiləri dindirildi, hansılar ki, 1990-cı ilin yanvarında Bakıya ezam olunmuşdu. Ancaq Qorbaçovu və Bakatini dindirmək mümkün olmadı. O, qaçıb gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər, Qorbaçov isə istintaqdan yayındı. 1992-ci ildə 68 cildlik əsas iş bizə verilmədi. İndiyə qədər Azərbaycan Prokurorluğu 68 cildlik həmin işi tələb edir, amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa daxil olduqdan sonra ona tam qiymət verib, məhkəməyə göndərmək mümkün olacaq”.
dle 10.5
Xəbər
Futbol tarixinin ikinci ən bahalı transferi artıq odurTrampdan Kim Çenə yaşıl işıqBakıda dəhşətli qəza: 15 yaralı – VideoAlmaniyadan şok qərar: İsraili tanımayan...Cavad Zərif yazdı: Təcili xəbər...İŞİD-in qalasında SSRİ bayrağı - Tarix təkrarlandıTürk ordusundan PKK-ya ağır zərbə - ƏməliyyatGürcülər Ukrayna ordusunu tərk etdi – Gərginlikİran müxalifətinin "liderləri" kimdir?İrana müdaxilə edilməsinə göz yummarıq - TürkiyəBakı nefti ucuzlaşdıDaha bir ana doğuş zamanı öldüGerasimov təsdiqlədi: ABŞ yeni terorçular hazırlayırPentaqon rəsmi rəqəmləri açıqladı – Suriya və İraqda...İsraildən ABŞ-a sərt tələb: Bu ifadəni işlətməyin!"Qarabağ"ın vurduğu bütün qollar - VideoHəkimdən xəbərdarlıq: bayram vaxtı bunları almayınƏrəbistan rəhbərliyi İstanbul Zirvəsinə niyə qatılmadı?Ərdoğan: Trampın qərarını qəbul etməyən hər kəsə... - VideoBu qərarlar İsraili məhv edə bilər - SiyahıAzərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qururABŞ təyyarədə Qüdsü anons edən pilotu saxladıYəhudi deputatdan Ərdoğanla bağlı çağırışYəhudilər, BMT-yə əhəmiyyət verməyin - Qalmaqallı çağırış“Artsax” adlı qurum yoxdur, Kostanyan sussa...Rusiya XİN-dən Qüds açıqlaması: MümkündürYol xətti səhv çəkilib, sürücülər cərimələnir - VideoSaakaşvilini bunda ittiham etmirik - Kiyev geri çəkildiTürk dövləti Kremlə uduzdu: UzatmayacağıqQüds məsələsini Putinlə danışacam, çünki... - ƏrdoğanRusiya İrəvana hansı silahları verəcək? – Savaş hazırlığıBakıdan Trampın Qüds qərarına – MünasibətTrampın fəsadı: Fələstinlə İsrail arasında toqquşma - VideoLavrovdan Qarabağ açıqlamasıSaakaşvili belə azad edildi - Video“Qarabağ”ın ÇL-dəki qazancı müəyyənləşdiNazirlikdən yoluxucu virusla bağlı ciddi xəbərdarlıqİlham Əliyev Ağcabədidə açılışlar etdi - FotoAŞ Rusiyaya sanksiyanı ləğv edir?Puqaçovanın bu görüntüsü heyrət doğurdu - FotoƏrdoğanın oğlu İtaliyada həbs edildi? - FotoŞarapova matçda evlilik təklifi aldı, cavabı... - VideoMüsəlmanlar insan deyil - DeputatTramp Ərdoğana söz verdi: Gülənin taleyi...Sərkisyan Qarabağdan əlini çəkdi: NATO hərəkətə keçirİslamabad qarışdı: Ordu paytaxta yeridildiTürkiyə, İran və Qətər arasında – Mühüm müqavilə80 yaşlı qadın 300 milyonluq şirkəti idarə edir - FotoTürkiyə istəyinə çatdı: kürdlər uzaqlaşdırıldıAzərbaycanla Rusiyadan birgə əməliyyat: 100-dən çox həbs