» » Millinin gələcəyini düşünürəm – Robert Prosineçki

Millinin gələcəyini düşünürəm – Robert Prosineçki

23-02-2017, 20:42
Yerləşdirdi: Admin
Çıxartmaq
Millinin gələcəyini düşünürəm – Robert Prosineçki
Qətərlə oyun üçün təxminən 25 futbolçuya dəvət göndərmək niyyətindəyəm. Onlar yalnız ölkə çempionatında iştirak edənlər olacaq.

Bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosinçeki “CBC Sport” telekanalına açıqlamasında deyib.

Martın 6-da bir araya gələcək yığmamız ayın 9-da səfərdə Qətərlə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Xorvatiyalı mütəxəssis həmin qarşılaşma üçün dəvət edəcəyi oyunçuların əksəriyyətini müəyyənləşdirib.

O bildirib ki, legionerlərin bu müddətdə klublarında qalmaları daha məqsədəuyğundu: “Yoldaşlıq oyunu olduğundan, legionerləri çağırmayacam. Həm də çıxış etdikləri klublar çətin ki, onları buraxsın. Məsələn, Ramil Şeydayevə dəvət göndərsəm, yeni klubunda 4 gün məşq prosesini buraxmalı olacaq və heyətə düşmək şansı azalacaq. Bu sözlər Dəniz Yılmaz, Eddi İsrafilov və Dmitri Nazarova da aiddi”.

Prosineçki yığmada debütantların olacağını da əlavə edib: “Dəvət göndərəcəklərim arasında 2 yeni futbolçu görəcəksiniz. Hansı ki, onları heç vaxt millidə izləməmisiniz”.

“Qəbələ”nin kapitanı Cavid Hüseynovu Qətər toplanışında yenidən millinin heyətində görə bilərik. Hüseynovla bağlı hələ qəti qərara gəlmədiyini söyləyən 48 yaşlı mütəxəssis milli ilə adları hallanan digər oyunçuların məsələsinə də aydınlıq gətirib: “Cavid Hüseynov uzun müddət idi ki, milliyə çağırılmırdı. Amma mən gələndən sonra onun yenidən yığmada oynamaq şansı yarandı. Cavidi izləyirəm, amma Qətərə aparıb-aparmayacağım hələ sual altındadı. Hazırda Yunanıstan çempionatında çıxış edən Amit Quluzadəni hələ “Sumqayıt”da oynayanda izləyirdim. Amma onun oyun praktikası azdı. Rauf Əliyevin zədəsi yeni sağaldığından, dəqiq fikir söyləyə bilmirəm”.

Prosineçki “Boavişta”da son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən qapıçı Kamran Ağayevin vəziyyətindən də danışıb: “Kamran Ağayev Azərbaycanın ən güclü qapıçısıdı. O, bizim “1 nömrə”mizdi. Hazırkı durumu, əlbəttə ki, məni qane etmir. Bu, təkcə Kamrana aid deyil. Digər legionerlərimiz də axır vaxtlar az oynayırlar. Bu isə milli üçün böyük problemdi. “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev çox təcrübəlidi. Amma gənc qapıçıya üstünlük verəcəm. Çünki mən DÇ-2018 və AÇ-2020-ni, yəni millinin gələcəyini düşünürəm”.


Elçin Cəfərov. dle 10.5
Xəbər
İrəvan qatil generalı həbsdə saxladıDolların bugünkü məzənnəsiİspaniya evdə İngiltərəyə təslim olduYuxularınız sizin haqqınızda bunları deyirTürk kəşfiyyatından inanılmaz: Terrorçularla tarixi razılaşma..ABŞ başlıca təhlükəni açıqladıFransanın İrəvana atdığı “xilas kəməri”... – ŞərhSəudiyyədə növbəti inqilabi qərar: Qadına yüksək vəzifəHindistandan müsəlmanlara qarşı şok qərarAğrıyan yerinizə xına çəkin - Bilinməyən faydalarABŞ-dan Türkiyəyə dəstək: müttəfiqimizin yanındayıqErmənilər Qafqazda “İkinci Qarabağ” yaradır – ŞərhOrdu Putini üstələdi – Kreml üçün arzulanmaz mənzərəRusiyadan Qarabağ açıqlaması: Ehtiyatsız bəyanatlar...Rusiyada vertolyot qəzası: Karapetyan öldüMer məşhur məmuru işdən çıxartdı: həbs oluna bilər?NATO-dan sərt açıqlama: Rusiya bunu dayandırmalıdır!İndoneziyada ölü sayı hər keçən gün artır - 1558 nəfər"Qarabağ" "Arsenal"a uduzdu - Böyük hesabla“Palmali” bu gəmini suya buraxdı: Ancaq azərbaycanlılar…Çavuşoğlu BMT diplomatı ilə Suriyanı müzakirə etdiBeyin hüceyrələrini məhv edən səbəblər...“Bakı Bus”un qapısı qırıldı: sərnişinlər etiraz etdi - FotoABŞ bizə "üçüncü əllə" hücum edir - RusiyaRus nazir təsdiqlədi: Türkiyə ilə ticarətdə dollardan imtina...Alman nəşrindən inanılmaz: Rusiya Belarusa qoşun yeridə bilərDünyanın gözlədiyi əməliyyat başladı: Rusiya zərbə endirdiTrampdan Moskva və Tehrana çağırışSanksiyalar İrəvanı da vurdu – Boş hay-küyRusiyadan Türkiyəyə jest: Dollar istifadəsi…Bu ölkədə nazirin olduğu lift şaxtaya düşdüRamil Quliyev Avropada ayın ən yaxşısı ola bilərSəhər acqarnına su içməyin 7 faydası“Qayıdış marşı”nda ölənlərin sayı 160-a çatdıLavrovdan Pompeoya: Bircə dəlil də təqdim etmədinizStress və depressiyanı müalicə edən ən yaxşı üsulRuhanidən Ərdoğana: Trampı peşman edəcəyikTrampdan Türkiyəyə daha bir zərbə: 2 dəfə bahalaşdıNaxçıvandan “savaş başladan” ermənidən yeni addım - Videoİrana daha bir zərbə: Dollardan imtinaƏlimizdə ciddi faktlar var, Köçəryan bu gün…Medvedyevdən ABŞ-a təhdid: Bu, savaş elanı olacaqQəzzadan Netanyahuya ciddi zərbə: Kabus başlayıb...ABŞ-Türkiyə görüşü ilə bağlı müəmmalı açıqlamaYunanıstan Rusiyadan səfirini geri çağırdı - BöhranKanadada atışma: 4 ölüRusiyadan Türkiyəyə dəstək: İşə yaramayacaq“Mançester” "Lester"ə şans vermədi - İlk qələbəMərkəzi Bankdan manatın məzənnəsi ilə bağlı - AçıqlamaSəudiyyənin hərbi düşərgəsinə ballistik raket atıldı