» » Qarabağ münaqişəsi olmasaydı... - Rusiyalı deputat

Qarabağ münaqişəsi olmasaydı... - Rusiyalı deputat

24-02-2017, 15:00
Yerləşdirdi: Admin
Çıxartmaq
Qarabağ münaqişəsi olmasaydı... - Rusiyalı deputat
Dağlıq Qarabağ münaqişəsi Ermənistanı faktiki olaraq xarici aləmdən təcrid edib ki, bu da həmin ölkənin iqtisadiyyatına olduqca mənfi təsir göstərir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, erməni silahlı birləşmələri Azərbaycanın işğal olunmuş əzəli torpaqlarını boşaltmalıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyev AzərTac-a müsahibəsində bildirib. Müsahibəni təqdim edirik:

- Dmitri İvanoviç, necə düşünürsünüz, Xocalı faciəsindən prinsip etibarilə qaçmaq olardımı?

- Tarixdə çoxlu nümunələr var ki, bütöv xalqlar kütləvi şəkildə mərhəmət hissini itirəndə müharibə etməyə, şəhərləri dağıtmağa, uşaqları, qadınları və qocaları öldürməyə başlayırdılar. Adama elə gəlirdi ki, böyük müharibədə faşizmə qələbə çalan bəşəriyyət bu cür ağılsızlıqdan “peyvənd olunub”. Xüsusilə inanmaq olmurdu ki, oxşar hadisə bizim ölkədə baş verə bilər, axı SSRİ xalqları dostcasına yaşayır, ümumi gələcək qururdular. Lakin Sovet İttifaqının dağılması millətlərarası əlaqələrin qırılmasına gətirib çıxardı, mağara instinktlərini və kinli instinktləri oyatdı, bir xalqı başqasının haqqında “biz daha yaxşıyıq, siz isə bizdən aşağı və pissiniz” deməyə sövq etdi. Baş vermiş faciənin mənbəyi bundadır. Çünki kimsə özünə taleyi barədə istədiyi kimi sərəncam verməyi rəva bildi...

- Bəşəriyyət Xocalı faciəsindən gələcək üçün ibrət götürdümü?

- Təəssüf ki, baş verəni tam dərk etməyə hələ çox var. 2002-ci ildən başlayaraq Xocalıdan olan qaçqınlar BMT-yə, Avropa Şurasına və ATƏT-ə müraciət edir, Xocalı faciəsini soyqırımı aktı və bəşəriyyətə qarşı cinayət kimi tanımağa çağırırlar. Lakin insan haqları barədə danışmağı sevən bu strukturlar indiyədək müvafiq sənəd qəbul etməyiblər. Mən Xocalı hadisələrinin soyqırımı kimi tanınması istiqamətində böyük iş aparan Azərbaycan rəhbərliyinə və bir çox ictimai təşkilatlara haqq qazandırıram: bu cür faciələrin təkrarlanmasının qarşısını yalnız beynəlxalq miqyasda mühakimə ala bilər. Su daşı dələr: İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının iclasında 54 ölkədən parlament nümayəndələri qətnamə qəbul edərək “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına dəstək ifadə ediblər və soyqırımı törədənlərin məsuliyyətə cəlb olunmasına çağırıblar. Bütün xalqlar faciələri bütün mümkün vasitələrlə yadda saxlamalıdır. Buna nümunələr də var: keçən il israillilər öz ölkələrində Xocalı faciəsi qurbanlarının sayı qədər - 613 ağac əkiblər. Əminəm ki, bəşəriyyət faciə qurbanları haqqında yaddaşı özündən sonrakı nəsillərə ötürməklə bu cür cinayətlərə qarşı dayana bilər.

- Bu baxımdan Azərbaycanın səylərini necə qiymətləndirərdiniz?

- Azərbaycanın paytaxtında mənə 1990-cı ildə Bakıda törədilmiş Qanlı Yanvar faciəsi qurbanlarının və Dağlıq Qarabağ münaqişəsində həlak olan azərbaycanlıların uyuduqları Şəhidlər xiyabanına getmək qismət olub. Şəhidlər xiyabanı xarici nümayəndə heyətlərinin ziyarət proqramına daxildir və bunun böyük mənası var: azərbaycanlılar dövlətin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əziz tutur. Mən görürəm ki, Azərbaycan xalqı tarixi yaddaşını əsaslı surətdə qoruyub saxlayır, onu yaxşı və pisə dəqiq ayırır. Unutmaq olmaz ki indiyədək Cənubi Qafqazın açıq yarası kimi qalan Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Xocalı faciəsi də baş verməzdi. “Hyuman Rayts Votç” beynəlxalq hüquq müdafiəsi təşkilatı Xocalı faciəsini Dağlıq Qarabağ münaqişəsi ərzində ən qanlı hadisə hesab edir.

- Siz bu regiondakı mövcud vəziyyət barədə nə deyə bilərsiniz?

- Əminəm ki, Dağlıq Qarabağ problemi münaqişənin hər iki tərəfinə nə siyasi, nə də iqtisadi dividend gətirir. Gəlin vəziyyətə ayıq başla nəzər salaq. Dağlıq Qarabağda mədəniyyət abidələri, qəbiristanlıqlar və məscidlər məhv edilir, Füzuli, Kəlbəcər, Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam və digər yaşayış məntəqələri böyük dağıntılara məruz qalıb. Dağlıq Qarabağ münaqişəsi Ermənistanı faktiki olaraq xarici aləmdən təcrid edib ki, bu da həmin ölkənin iqtisadiyyatına olduqca mənfi təsir göstərir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, erməni silahlı birləşmələri Azərbaycanın işğal olunmuş əzəli torpaqlarını boşaltmalıdır. Eyni zamanda, Azərbaycanda Dağlıq Qarabağdan olan məcburi köçkünlərin tarixi vətənə qayıtması, infrastrukturun bərpası, evlərin, tibb və uşaq müəssisələrinin tikilməsindən tutmuş, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət statusu verilməsinədək dəqiq proqram var. Ona görə də silahlı münaqişənin eskalasiyası deyil, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həlli barədə söhbət aparmaq lazımdır. Barışmazlıq və düşmənçilik mühitini qızışdırmağı davam etdirməklə yaralar sağalmır. Düşünürəm ki, nə Azərbaycan, nə Ermənistan istəmir ki, yenidən qan tökülsün və Xocalıya bənzər faciələr baş versin.

- Düşmənçilik edən tərəflərin barışdılmasında Rusiyanın səylərini necə qiymətləndirirsiniz?

- Ölkəmiz hər an kəskinləşə bilən, Rusiya sərhədi yaxınlığında tammiqyaslı müharibəyə çevrilə bilən silahlı münaqişədə maraqlı deyil. Buna görə də ATƏT-in Minsk qrupunda məhz Rusiya Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində yüksək fəallıq göstərir. Təbii ki, Azərbaycan ilə Ermənistan arasında etimad, dözümlülük və mehriban qonşuluq böyük iş nəticəsində əldə edilə bilər, bu da bizim hamımız üçün tarixi zərurətdir.
dle 10.5
Xəbər
Ruhani Ankarada: Kritik zirvə başladıTramp nöqtə qoydu: Şərtsiz görüş olmayacaq!İran Britaniya tankerini buraxacağını açıqladıPutini gizli “Siyasi Büro” idarə edir? - ÇemezovRusiyanın Belarusu “anneksiya” edəcəyi tarix açıqlandıDollar bu gün neçəyədir?Turşu məhsullarını hansı halda yemək olmaz? - VideoÖzbəkistanın bu qərarı... - Bakı alqışladıMənsimovun “vurulan” gəmisi delfinlərlə yarışır - Videoİslam aləmi bu ölkəyə qarşı birləşdi - Bəyanatİndoneziyalılar “Torqovı”da belə rəqs etdi – VideoRusiya açıqladı: neft erasının sonu başladı - AnalizÇavuşoğludan nazirə: Yaxşı uşaqsan, həddini aşma!Bərzani soyqırımla bağlı qanunu təsdiqlədiOrdumuz 10 minlik heyətlə savaş təliminə başladı - Video“Təqsirkar hədəfdədir, silahlarımız hazırdır” - ABŞ PrezidentiTürk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəbƏrdoğan Trampla "Patriot" məsələsində anlaşır? - İsrail nəşrindən şok iddiaİrana hücum üçün bu ölkədən cavab gözləyirlər - Trampdan DƏHŞƏTLİ MÜHARİBƏ ANONSUBakıda yol polisləri dəhşətli qəzaya düşdü – VideoRusiya S-500-lərin istehsal ediləcəyi tarixi açıqladıRusiyanın Belarusu “anneksiya” edəcəyi tarix açıqlandıTramp söz verdi: Cavab zərbəsi...Toy zalında partlayış: yaralılar varİsrailə 3 raket atıldıABŞ-a məxsus PUA Rusiya sərhədindəFHN batmaqda olan 3 nəfəri xilas etdiRusiyada ağır qəza: Avtobus divara çırpıldıUkraynada dəhşətli yanğın: 9 nəfər öldüAsfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübəHusilər neft mədənlərini vurdu - BƏƏ-yə xəbərdarlıqOktyabrın 1-dən onların pensiyası artacaq - Ekspert"Qəbələ" öz meydanında "Sumqayıt"a məğlub olduDolların bugünkü məzənnəsiOnkoloji xəstəliklərlə “vuruşan” ərzaqların - SiyahısıYanmış dəriyə bunu çəkmək olmazmış – İlkin yardım üsullarıMəğlubiyyətdə özümü günahlandırıram - BordinDavada oğul səhvən atasına atəş açdı - TəfərrüatQol buraxmayan komandanı yendik - AbuksisMarkov: Dağlıq Qarabağ Azərbaycanındır - VideoVilayət Eyvazov rəisi işdən çıxardıİsrail Trampı eşitdi: müsəlman qadınlarla bağlı - QərarEtirazlar Kremli dalana dirəyib: Putin seçim qarşısında - VideoAxşam yeməyi zamanı buna diqqət edinTapılan bomba Putinin işinə təsir etməyib - PeskovBakı Metropoliteninin səlahiyyətləri artırıldıPaşinyan əlindən gələni edir ki, Putin... - BədəlyanHəbsxanada yanğın: 3 nəfər öldüİran-Azərbaycan əlaqələri qardaşlığa əsaslanır - VaeziNəzarət xəttində atışma: azı 8 hərbçi öldü