» » Uşağı qarışıq düşən anadan - Şok ittihamlar

Uşağı qarışıq düşən anadan - Şok ittihamlar

21-01-2017, 18:37
Yerləşdirdi: Admin
Çıxartmaq
Uşağı qarışıq düşən anadan - Şok ittihamlar
Gəncə Müalicə Diaqnostika Mərkəzində yeni doğulan uşaqların səhv düşməsi ilə bağlı yayılan məlumat geniş müzakirələrə yol açıb.



Lent.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı şikayətçi olan ana Dilarə Xəlilova hadisə haqda yeni detalları açıqlayıb. Qadın bildirib ki, sözügedən mərkəzin həkimləri peyvənd və ya uşağı müayinə etmək bəhanəsiylə bir neçə dəfə onun evinə gəliblər. Hətta Dilarə Xəlilova onu da iddia edir ki, digər tərəf olan ana - Lalə Məmmədovanın evindən çıxan qeydiyyat qol bandını da həkimlər gəldikləri gün məhz onun evindən götürüblər:


“Sentyabrın 16-da Gəncə şəhər Mərkəzi Klinikasında qeysəriyyə əməliyyatı ilə normal sağlamlıqda qız övladımı dünyaya gətirdim. 3 gün stasionar nəzarətdə olduqdan sonra evə buraxılışıma icazə verdilər. Klinikadan çıxan zaman mənə peyvənd kartının arasında sənədə tikilmiş halda uşağımın qeydiyyatı yazılmış qol bandını verdilər.



Sentyabrın 27-də klinikanın uşaq həkimi Mina Qocayeva bizə zəng vuraraq Tərtərə çağırışa gəldiklərini, ordan da Bərdəyə uşağı müayinə məqsədli gələcəklərini söylədi. Atam pediatr olduğu üçün buna etiraz etdim və lazım olmadığını söylədim. Buna baxmayaraq israr etdilər və bir az keçdikdən sonra uşaq həkimləri Mina Qocayeva, Aysel Hacıyeva və tibb bacısı bizə gəldilər. Mina Qocayeva məndən qeydiyyat aparacağını söyləyib peyvənd kartımı istədi. Kartın arasından sənədə tikilmiş halda olan qeydiyyat qol bandını götürüb Aysel Hacıyevanın çantasına qoydu və bunun artıq lazım olmadığını söylədi. Qol bandını da götürüb getdilər”.



Xəlilova deyir ki, oktyabrın 3-də uşaq həkimi Mina Qocayeva yenidən ona peyvənd vurdurmaq adıyla zəng vurub:



“Biz yenə etiraz etdik ki, özümüz Bərdədə vurduracağıq, lazım deyil. İsrar etdi ki, biz də doğulan uşaqlar barədə hesabat veririk, mütləq klinikada vurulmalıdı. Sonra təklif etdilər ki, istəyirsinizsə heç ana getməsin aparıb özümüz vurdurub gətirərik. Təbii ki, biz bunla razılaşmadıq. Bir az sonra uşaq həkimi Aysel həkim və tibb bacısı şəxsi maşınla bizə gəldilər. Bacımla mən onlarla getdik. Palataya təzə daxil olmuşdum ki, məndən bir gün qabaq yəni sentyabrın 15-də qeysəriyyə əməliyyatı olan və mənimlə eyni palatada yatan Lalə Məmmədova qucağında uşağı və qayınanasıyla otağa daxil oldu. Lalə öz uşağını kənara qoyub mənim uşağımla maraqlandı və məndən şəklini çəkmək üçün icazə istədi. Peyvənd vurulduqdan sonra bizi üç saat ayrı otaqda gözlətdilər. Nəhayət evə gətirdilər. Noyabrın 2-də axşam tərəfi saat 7-8 aralarında atam işdən evə gəldi. Bizə müayinə məqsədilə klinikadan həkimlərin gələcəyini söylədi. Bir az sonra baş həkim Şamil Bədəlov, uşaq həkimi Aysel Hacıyeva və tibb bacısı bizə gəldilər. Məndən və uşağımdan qan alıb getdilər”.



Ananın sözlərinə görə, əslində məsələnin mahiyyətindən onlar getdikdən sonra xəbəri olub, həkimlər onun icazəsi olmadan anadan və uşaqdan qan analizi götürüblər:



“Guya, mənim övladım Lalə Məmmədovanın övladıyla dəyişik düşüb. Bu dəyişiklik ayın 18-də, yəni Lalə xəstəxanadan çıxan gün düşüb. Mən Şamil həkimə zəng vuraraq etirazımı bildirdim ki, bu, mümkün deyil. Fotogörüntülərlə sübut etdim ki, yanıma gətirilən uşaq mənim evimdədir. Məndən xəbərsiz DNK analizi üçün götürülən analiz göndərilməsin. O, artıq bunun göndərildiyini söylədi”.



Sayt məsələ ilə bağlı mərkəzin baş həkimi Şamil Bədəlovla da əlaqə saxlayıb. O, bu haqda danışmayacağını bildirib və açıqlama almaq üçün xəstəxananın hüquqşünası Ramin adlı şəxslə danışmağı məsləhət bilib.



Xatırladaq ki, Gəncə Müalicə Diaqnostika Mərkəzinin doğuşu həyata keçirən həkimləri - Aysel Hacıyeva və Mina Qocayeva isə Meydan TV-yə deyiblər ki, bu məsələ ilə bağlı işdən çıxarılıblar.

Uşağı qarışıq düşən anadan - Şok ittihamlar
dle 10.5
Xəbər
Futbol tarixinin ikinci ən bahalı transferi artıq odurTrampdan Kim Çenə yaşıl işıqBakıda dəhşətli qəza: 15 yaralı – VideoAlmaniyadan şok qərar: İsraili tanımayan...Cavad Zərif yazdı: Təcili xəbər...İŞİD-in qalasında SSRİ bayrağı - Tarix təkrarlandıTürk ordusundan PKK-ya ağır zərbə - ƏməliyyatGürcülər Ukrayna ordusunu tərk etdi – Gərginlikİran müxalifətinin "liderləri" kimdir?İrana müdaxilə edilməsinə göz yummarıq - TürkiyəBakı nefti ucuzlaşdıDaha bir ana doğuş zamanı öldüGerasimov təsdiqlədi: ABŞ yeni terorçular hazırlayırPentaqon rəsmi rəqəmləri açıqladı – Suriya və İraqda...İsraildən ABŞ-a sərt tələb: Bu ifadəni işlətməyin!"Qarabağ"ın vurduğu bütün qollar - VideoHəkimdən xəbərdarlıq: bayram vaxtı bunları almayınƏrəbistan rəhbərliyi İstanbul Zirvəsinə niyə qatılmadı?Ərdoğan: Trampın qərarını qəbul etməyən hər kəsə... - VideoBu qərarlar İsraili məhv edə bilər - SiyahıAzərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qururABŞ təyyarədə Qüdsü anons edən pilotu saxladıYəhudi deputatdan Ərdoğanla bağlı çağırışYəhudilər, BMT-yə əhəmiyyət verməyin - Qalmaqallı çağırış“Artsax” adlı qurum yoxdur, Kostanyan sussa...Rusiya XİN-dən Qüds açıqlaması: MümkündürYol xətti səhv çəkilib, sürücülər cərimələnir - VideoSaakaşvilini bunda ittiham etmirik - Kiyev geri çəkildiTürk dövləti Kremlə uduzdu: UzatmayacağıqQüds məsələsini Putinlə danışacam, çünki... - ƏrdoğanRusiya İrəvana hansı silahları verəcək? – Savaş hazırlığıBakıdan Trampın Qüds qərarına – MünasibətTrampın fəsadı: Fələstinlə İsrail arasında toqquşma - VideoLavrovdan Qarabağ açıqlamasıSaakaşvili belə azad edildi - Video“Qarabağ”ın ÇL-dəki qazancı müəyyənləşdiNazirlikdən yoluxucu virusla bağlı ciddi xəbərdarlıqİlham Əliyev Ağcabədidə açılışlar etdi - FotoAŞ Rusiyaya sanksiyanı ləğv edir?Puqaçovanın bu görüntüsü heyrət doğurdu - FotoƏrdoğanın oğlu İtaliyada həbs edildi? - FotoŞarapova matçda evlilik təklifi aldı, cavabı... - VideoMüsəlmanlar insan deyil - DeputatTramp Ərdoğana söz verdi: Gülənin taleyi...Sərkisyan Qarabağdan əlini çəkdi: NATO hərəkətə keçirİslamabad qarışdı: Ordu paytaxta yeridildiTürkiyə, İran və Qətər arasında – Mühüm müqavilə80 yaşlı qadın 300 milyonluq şirkəti idarə edir - FotoTürkiyə istəyinə çatdı: kürdlər uzaqlaşdırıldıAzərbaycanla Rusiyadan birgə əməliyyat: 100-dən çox həbs