» » Yəhudi qadınlar Memorial Kompleksi ziyarət etdi

Yəhudi qadınlar Memorial Kompleksi ziyarət etdi

12-03-2017, 21:17
Yerləşdirdi: Admin
Çıxartmaq
Yəhudi qadınlar Memorial Kompleksi ziyarət etdi
Bu gün ABŞ-ın “Salaam Şalom Qardaşlığı” antisemitizm və islamafobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət təşkilatın üzvləri Quba Soyqrımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.

APA-nın məlumatına görə, qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə məlumat verilib.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Həmçinin Quba Soyqırımı Memorial Kompleksinin Heydər Əliyev Fondunun dəstəyi ilə yaradıldığı və 2013-cü il sentyabrın 18-də açılışı olduğu barədə ətraflı məlumat verilib. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Qonaqlar xatirə kitabına ürək sözlərini yazıblar.

Təşkilat üzvləri Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə də olub. Qəsəbədəki yəhudi qəbiristanlığını ziyarət edən qonaqlar ardınca “Altı günbəz” sinaqoquna gəliblər. Qonaqların diqqətinə çatdırılıb ki, Qırmızı qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri Qırmızı qəsəbədə yəhudilərin hər il qeyd etdiyi Purim bayramı şənliyində də iştirak ediblər.

Eyni zamanda təşkilat üzvləri Qubadakı zəngin memarlıq üslubuna malik, 1802-ci ildə tikilən Cümə məscidində və xalçaçılıq müəssisəsində olublar.
dle 10.5
Xəbər
Makrondan Merkelə dəstək: Hazıram!Əsəd maraq göstərmir, ona görə də... - CefriTürkiyədə daha bir təhlükəli terrorçu məhv edildi - FotoAzərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi“Kitayski” “Huavey”lər tarixə qovuşur: Xilas olun! - VideoSəfirdən Qarabağ açıqlaması: İrəvan üçün hər şey edəcəyik!Türkiyə İslandiyaya uduzdu, Macarıstan isə...Kəndə divan tutuldu – Kütləvi ölümBiz əsla təkrar seçkini istəmədik - YıldırımQazlı içkilərin zərərləri: "Soyuq için" ona görə yazılır ki...Saçları sabunla yumaq olarmı?Tiflisin məşhur bazarı yandıAzərbaycanın tarixi qalasını təhlükə gözləyirTürkiyə hərbi dəstək göndərdiQonşuda helikopter qəzası: ölənlər varGürcüstanda əməliyyat: Məmurlar həbs edildiBu məmurları vəzifədən azad edin - ZelenskiFransadan ermənilərə zərbə - Ləğv edildiErməni tarixçi: Qarabağı Bakıya qaytarmaq lazımdır - VideoAzərbaycan və Ermənistan: 1918-ci il xəritəsi - FotoPaşinyan sözünü tutmadı: Erməni anaları ayağa qalxdıMxitaryan Bakıya gəlmədi - Ermənilər onu qınadıİranda ŞOK HADİSƏ: onlarla qadınla kişini bir yerdə yaxaladılar və...Hava şəraiti kəskin dəyişir - “Azərişıq” hərəkətə keçdi"Sarı jiletlilər" yenidən küçələrə çıxdı"Barselona"ya daha bir şok zərbə: Kubok əldən getdiABŞ humanitar yardım qurumunu bombardman etdi"Arsenal" Bakıya hansı futbolçularla gəlib? - SiyahıSünni deputatlardan Xameneiyə: Təhqirlərə son qoyunTrampın planı baş tutmadı: Divar inşası dayandırıldıBakıda dəhşətli qətl: villasında yatan atanın boğazını kəsib…Türkiyə PKK-nın Qara dəniz düşərgəsini ələ keçirdiMəşhur futbolçular Bakıda - FotoABŞ öz helikopterini bombalayıb? - Qəzadan sonraKimyəvi maddə daşıyan gəmi alışdı: 50 yaralı varAzərbaycanda analoqu olmayan idman obyekti tikilir - FotoƏn təhlükəli siqaretlər bunlardırSaxta balın zərərləriHumanitar yardım eroziyaya uğradı - QuterreşRusiya sərhəddəki stansiyanı vura bilərmi?Assancı 175 illlik həbs gözləyirGürcü nazirdən Keşikçidağ çağırışıPirşağı gölündə balıqlar zəhərlənərək öldürülüb - VideoƏrdoğan bunu etsə, imicini itirəcək - Rus ekspertZaxarovadan Türkiyəyə mesaj: Hörmət edilməlidir!Helikopterlərimiz Türkiyə səmasında - Videoİrandan dünyaya çağırış: ABŞ-a qarşı birləşək!Hər gün ilan sancmasından 200 nəfər ölürTəyyarədən atılan tullantılar hesablanacaq - İnanılmaz yenilikYunanıstandan pozitiv Türkiyə açıqlaması