» » Tramp Qarabağ problemini həll edə bilər - Vaşinqton Tayms

Tramp Qarabağ problemini həll edə bilər - Vaşinqton Tayms

23-01-2017, 14:45
Yerləşdirdi: Admin
Çıxartmaq
Tramp Qarabağ problemini həll edə bilər - Vaşinqton Tayms
ABŞ Prezidenti Donald Trump istəsə, Qarabağ məsələsini həll edib Nobel mükafatını qazana bilər.

Bu barədə “Vaşinqton Tayms” qəzeti yazıb. Məqalədə münaqişənin həlli yolları da təklif edilib.

Yazının müəllifi hökumətlərə yardımı özünün əsas prinsiplərindən biri elan edən «Caspian Group Holdings» şirkətlər qrupunun prezidenti, əvvəllər ABŞ-ın Corctaun Universitetinin professoru olmuş Zöhrab Rob Sühbanidir.

Azərbaycan ərazisinin 20%-nin işğal olunduğunu, 1 milyonadək adamın didərgin düşdüyünü xatırladan Sübhaninin fikrincə, Qarabağ münaqişəsinin həlli həm D.Tramp, həm də onun təhlükəsizlik komandasından ötrü vacibdir. Onun sözlərinə görə, Trampın Qarabağa yanaşması Rusiya Prezidenti Vladimir Putinin Birləşmiş Ştatlarla müttəfiqliyə, ya da qaynar nöqtələri idarə etməklə strateji üstünlüyünü əldə saxlamağa önəm verib-vermədiyini bəlli edər.

Putinin məqsədi

Müəllif Qarabağ münaqişəsinin açarının Rusiyanın əlində olduğunu deyir və bunu Rusiyanın Ermənistanda malik olduğu çox böyük idarə vasitələriylə izah edir, Moskvanın Ermənistanı regionda əsas gəmisi hesab etdiyini yazır:

“Azərbaycan və Ermənistanı donmuş münaqişə vəziyyətində saxlamaq V.Putinin Azərbaycanın Avropaya təbii qaz ixracını şəxsən önləmək məqsədinə xidmət edir… ABŞ-ın etibarlı müttəfiqi Azərbaycanla Rusiyanın müttəfiqi Ermənistan arasında təcili sülh müqaviləsində israr edərsə, Prezident Tramp Putinin sülhpərvər, yoxsa bütün dünyada sabitliyi pozan qüvvə olduğunu çox tezliklə müəyyənləşdirə bilər”.

Birləşmiş Ştatlar və Rusiya, eləcə də Fransa Qarabağ münaqişəsinin həlliylə məşğul olan Minsk Qrupunun üzvləridir. Sübhani yazır ki, məhz bu qrup vasitəsilə Rusiya nəinki xeyli həll cəhdlərinin qarşısını alıb, üstəlik, Ermənistanı silahlandırmaqla münaqişənin uzanmasına yardım edib.

“Və təəssüf ki, başı Yaxın Şərqə qarışan ABŞ bu məsələdə aparıcı rolunu əldən verib, İrəvanla Bakı arasında uzunmüddətli sülhə nail olunmayıb”, – deyən müəllif həm Azərbaycan, həm də Ermənistanın sülhə layiq olduğunu və Trampın hər iki ölkənin xalqına arzuladığı yeni başlanğıcı verə biləcəyini yazır. Onun fikrincə, Tramp Qarabağla bağlı hər iki tərəfdən ötrü ədalətli olacaq razılaşmanı əldə edə və ABŞ-ın əvvəlki siyasətinə qayıtdığını – qlobal stabilliyi və dünyanı qorumaqda olduğunu göstərər. Üstəlik, Azərbaycan kimi etibarlı müttəfiqinin yanında dayanmaqla, İran kimi oyunçulara ismarış göndərmiş olar.

Həllin şərtləri

Müəllif Qarabağ münaqişəsinin həlli yollarını – şərtlərini də təklif edir. Onun fikrincə, hər şeydən öncə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qüvvələrini çıxarması tələb olunmalı, əvəzində Azərbaycan Avropaya gedəcək qaz kəmərini Ermənistan ərazisindən keçirməlidir. Üçüncüsü, hər iki tərəf Qarabağa müstəqillik deyil, yüksək muxtariyyət statusunun verilməsiylə bağlı razılığa gətirilməlidir. Qarabağdakı ermənilər də tam muxtariyyətlə təmin olunmalıdır.

Müəllif sülhün təmin olunması üçün Qarabağa ABŞ, Rusiya və Fransa qoşunlarının yerləşdirilməsini və bunun haqqını zəngin Azərbaycanın ödəməsini təklif edir. Bundan sonra Azərbaycan-Ermənistan Barışıq və Yenidənqurma Fondunun yaradılmasını, bu fondun bəzi layihələri, məsələn, Bakıdan Ermənistan ərazisinə, oradan da Naxçıvana uzanan dəmiryolun tikintisini gerçəkləşdirməsi fikrini irəli sürür. Və nəhayət, Ermənistanda Sovet dönəmindən qalma Metsamor atom stansiyası əvəzinə ABŞ-Rusiya-Fransanın əməkdaşlığıyla yeni və təhlükəsiz nüvə zavodunun inşasını təklif edir.

Qəzet yazır ki, uzunmüddətli sülhdən ötrü Tramp Rusiya Prezidenti Putini yola gətirməli, o da öz növbəsində Ermənistan Prezidenti S.Sərkisyanı dilə tutmalıdır. “Həm Rusiya, həm də Birləşmiş Ştatlar Ermənistan xalqını əmin etməli, İrəvana heç vaxt arxa çevirməyəcəklərinə inandırmalıdırlar”, – deyən müəllifin fikrincə, Tramp Putinin qarşısına aydın, yığcam və tam maliyyələşdiriləcək iqtisadi yenidənqurma planı qoymalıdır, onu münaqişənin həllinin bütün tərəflərin xeyrinə olacağına inandırmalıdır.
dle 10.5
Xəbər
Ruhani Ankarada: Kritik zirvə başladıTramp nöqtə qoydu: Şərtsiz görüş olmayacaq!İran Britaniya tankerini buraxacağını açıqladıPutini gizli “Siyasi Büro” idarə edir? - ÇemezovRusiyanın Belarusu “anneksiya” edəcəyi tarix açıqlandıDollar bu gün neçəyədir?Turşu məhsullarını hansı halda yemək olmaz? - VideoÖzbəkistanın bu qərarı... - Bakı alqışladıMənsimovun “vurulan” gəmisi delfinlərlə yarışır - Videoİslam aləmi bu ölkəyə qarşı birləşdi - Bəyanatİndoneziyalılar “Torqovı”da belə rəqs etdi – VideoRusiya açıqladı: neft erasının sonu başladı - AnalizÇavuşoğludan nazirə: Yaxşı uşaqsan, həddini aşma!Bərzani soyqırımla bağlı qanunu təsdiqlədiOrdumuz 10 minlik heyətlə savaş təliminə başladı - Video“Təqsirkar hədəfdədir, silahlarımız hazırdır” - ABŞ PrezidentiTürk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəbƏrdoğan Trampla "Patriot" məsələsində anlaşır? - İsrail nəşrindən şok iddiaİrana hücum üçün bu ölkədən cavab gözləyirlər - Trampdan DƏHŞƏTLİ MÜHARİBƏ ANONSUBakıda yol polisləri dəhşətli qəzaya düşdü – VideoRusiya S-500-lərin istehsal ediləcəyi tarixi açıqladıRusiyanın Belarusu “anneksiya” edəcəyi tarix açıqlandıTramp söz verdi: Cavab zərbəsi...Toy zalında partlayış: yaralılar varİsrailə 3 raket atıldıABŞ-a məxsus PUA Rusiya sərhədindəFHN batmaqda olan 3 nəfəri xilas etdiRusiyada ağır qəza: Avtobus divara çırpıldıUkraynada dəhşətli yanğın: 9 nəfər öldüAsfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübəHusilər neft mədənlərini vurdu - BƏƏ-yə xəbərdarlıqOktyabrın 1-dən onların pensiyası artacaq - Ekspert"Qəbələ" öz meydanında "Sumqayıt"a məğlub olduDolların bugünkü məzənnəsiOnkoloji xəstəliklərlə “vuruşan” ərzaqların - SiyahısıYanmış dəriyə bunu çəkmək olmazmış – İlkin yardım üsullarıMəğlubiyyətdə özümü günahlandırıram - BordinDavada oğul səhvən atasına atəş açdı - TəfərrüatQol buraxmayan komandanı yendik - AbuksisMarkov: Dağlıq Qarabağ Azərbaycanındır - VideoVilayət Eyvazov rəisi işdən çıxardıİsrail Trampı eşitdi: müsəlman qadınlarla bağlı - QərarEtirazlar Kremli dalana dirəyib: Putin seçim qarşısında - VideoAxşam yeməyi zamanı buna diqqət edinTapılan bomba Putinin işinə təsir etməyib - PeskovBakı Metropoliteninin səlahiyyətləri artırıldıPaşinyan əlindən gələni edir ki, Putin... - BədəlyanHəbsxanada yanğın: 3 nəfər öldüİran-Azərbaycan əlaqələri qardaşlığa əsaslanır - VaeziNəzarət xəttində atışma: azı 8 hərbçi öldü