» » İrəvan müharibəni seçdi – Qərar

İrəvan müharibəni seçdi – Qərar

4-04-2017, 13:07
Yerləşdirdi: Admin
Çıxartmaq
İrəvan müharibəni seçdi – Qərar
Ermənistanda seçicilərin çox aşağı faizlə iştirakı sübut edir ki, cəmiyyət prosesi xeyli dərəcədə boykot edib.

Bu sözləri Ermənistanda parlament seçkisinin nəticələri ilə bağlı Axar.az-a danışan millət vəkili Zahid Oruc deyib. Millət vəkili 2 aprel seçkilərinə beynəlxalq dairələrin, bölgə dövlətlərinin qiymətindən öncə Ermənistanın içərisindən olan münasibəti xüsusi qabartmağı lazım bilib:

“Ermənistanda seçkilərin nəticələri bütövlükdə xalqın iradəsini əks etdirmir. Köçəryan bildirdi ki, bu seçkilər böyük pul kisələri və sosial katastrof şəraitinə düşən adamların həmin kisələrdən asılılğının nümayişidir. Gerçəkdən də belə oldu. İnsanların durumu o vəziyyətdə idi ki, adamlar seçki hərracında hansı rəqəmin təklif olunmasından asılı olmayaraq, öz səslərini satmağa hazır idilər. Seçkilərdən öncə o ölkəyə hansısa dövlətin mühüm təmsilçilərinin gəldiyi və siyahıların razılaşdırıldığı heç kəsə sirr deyil. Yəni milyonlarla erməni seçicisinin iradəsi bir paytaxtda hansısa konqresdəki razılaşmalardan qat-qat aşağı imkanlara malikdir. Başqa bir tərəfdən, ötən ilin aprelindən sonra Petrosyanın tərəfdarlarının daha da artması fonunda erməni cəmiyyəti doğurdanmı 2 apreldə müharibəni, təcavüzkarlığı və təhlükəsizlik mühitinə zərbə vurmağı seçdi? Hesab edirəm ki, əskinə, seçicilərin çox aşağı bir faizlə iştirakı sübut edir ki, cəmiyyət prosesi xeyli dərəcədə boykot edib. Qərb ölkələrində aşağı faizlə seçicilərin iştirakıyla Ermənistandakı hadisələri eyniləşdirmək çox yanlış olardı. Düşünürəm ki, Ermənistan cəmiyyətində oturuşmuş bir rəy mövcuddur ki, bu hakimiyyəti seçki vasitəsiylə dəyişmək mümkün deyil”.

Üç partiyanın parlamentdə üstünlük qazanması fonunda yerdə qalan digər qüvvələrin erməni cəmiyyətinin istehsalçı hissəsi olduğunu qeyd edən Zahid Oruc hesab edir ki, bu təbəqə toparlanacaq və Sərkisyan əleyhinə mübarizə daha da kəskinləşəcək:

“Azərbaycan Ermənistanın demokratik dövlət olmasında maraqlıdır. Biz çox arzulayırdıq ki, beynəlxalq hüquqa yönələn qüvvələr, bölgədə hanısa dairələrin əlində alət olmayan partiya və hərəkatlar bu seçkidə üstünlük qazansınlar və regionda uzun on illər ərzində hökm sürən müharibə ab-havası bir qədər arxa plana keçsin. Lakin olmadı. Bununla bərabər, erməni hərbi və ya siyasi elitasının seçimi onların öz qərarıdır. Bir halda ki, hakim partiya proporsional siyahıya Müdafiə naziri Vigen Sərkisyanın adını yazır, demək, bu, hərbiləşmiş seçkilərdir. Yəni bütün ordu birləşmələrinin fəaliyyətini konkret əmrlər həll edir. Böyük pul kütləsinə malik adamların burada üstünlük qazanması sübut edir ki, Ermənistan cəmiyyəti hazırkı qüvvələrin hesabına dəyişmək gücündə deyil. Açığı, Sərkisyanın ağlı, təfəkkürü nəinki bölgədə heç bir dövlət və ya dövlət başçısı ilə müqayisə oluna bilməz, o cümlədən heç erməni xaqlının özünün də potensialına uyğun deyil. Bu dəqiqdir. Sərkisyan qalib gəlibsə, bu, erməni xalqının məğlubiyyətidir”.

Qeyd edək ki, konstitusiya dəyişikliyindən sonra Ermənistanda keçirilən ötəngünkü parlament seçkisi xüsusi önəm daşıyır. Çünki bu seçkilərdən sonra Ermənistan parlament üsul-idarəsinə keçir. Qanunvericiliyə əsasən, deputatların sayı 131-dən 105-ə endirilir.

Seçkidə 5 siyasi partiya və 4 seçki bloku iştirak edib. Ermənistan MSK-sının elan etdiyi son nəticəyə görə, parlament seçkilərində baryeri Respublika Partiyası (49,12%), Çarukyan bloku (27,32%), Yelk bloku (7,77%) və Daşnaksütyun Partiyası (6,57%) keçib.

Ermənistan parlamentinə düşmək üçün partiyalar 5, siyasi bloklar isə 7 faizlik baryeri aşmalıdır.
dle 10.5
Xəbər
Ərəbistan rəhbərliyi İstanbul Zirvəsinə niyə qatılmadı?Ərdoğan: Trampın qərarını qəbul etməyən hər kəsə... - VideoBu qərarlar İsraili məhv edə bilər - SiyahıAzərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qururABŞ təyyarədə Qüdsü anons edən pilotu saxladıYəhudi deputatdan Ərdoğanla bağlı çağırışYəhudilər, BMT-yə əhəmiyyət verməyin - Qalmaqallı çağırış“Artsax” adlı qurum yoxdur, Kostanyan sussa...Rusiya XİN-dən Qüds açıqlaması: MümkündürYol xətti səhv çəkilib, sürücülər cərimələnir - VideoSaakaşvilini bunda ittiham etmirik - Kiyev geri çəkildiTürk dövləti Kremlə uduzdu: UzatmayacağıqQüds məsələsini Putinlə danışacam, çünki... - ƏrdoğanRusiya İrəvana hansı silahları verəcək? – Savaş hazırlığıBakıdan Trampın Qüds qərarına – MünasibətTrampın fəsadı: Fələstinlə İsrail arasında toqquşma - VideoLavrovdan Qarabağ açıqlamasıSaakaşvili belə azad edildi - Video“Qarabağ”ın ÇL-dəki qazancı müəyyənləşdiNazirlikdən yoluxucu virusla bağlı ciddi xəbərdarlıqİlham Əliyev Ağcabədidə açılışlar etdi - FotoAŞ Rusiyaya sanksiyanı ləğv edir?Puqaçovanın bu görüntüsü heyrət doğurdu - FotoƏrdoğanın oğlu İtaliyada həbs edildi? - FotoŞarapova matçda evlilik təklifi aldı, cavabı... - VideoMüsəlmanlar insan deyil - DeputatTramp Ərdoğana söz verdi: Gülənin taleyi...Sərkisyan Qarabağdan əlini çəkdi: NATO hərəkətə keçirİslamabad qarışdı: Ordu paytaxta yeridildiTürkiyə, İran və Qətər arasında – Mühüm müqavilə80 yaşlı qadın 300 milyonluq şirkəti idarə edir - FotoTürkiyə istəyinə çatdı: kürdlər uzaqlaşdırıldıAzərbaycanla Rusiyadan birgə əməliyyat: 100-dən çox həbsVulkan təhlükəsi: 24 min insan təxliyyə olunduBitkoin rekord qırır – 9026 dollarAni ölümə bu tip insanlar meyillidirYeni ili harada qeyd etmək sərfəlidir? – QiymətlərNATO Cənubi Qafqazda Rusiyaya qarşı... - PolitoloqTramp siyasəti: nə vəd edirdi, nə etdi... – ŞərhƏrdoğan Trampla danışdı, Kreml geri çəkildiSərkisyandan Brüssel hiyləsi: Çıxışını düşməninə ötürdüBatumidə oteldə yanğın: 11 ölü, 21 yaralıƏrdoğan Putin və Ruhaniyə söz verdi – Şok iddiaSərkisyan bu gün Qarabağ etirafı edəcək? - İrəvan şokdaİrəvanı Bakının zərbəsindən bu silahlar qoruyur - Şevçenkoİsraildən Gürcüstan vətəndaşlarına ağır zərbəErməni əsirliyində olan azərbaycanlı qadınların sayı açıqlandıMisirdə səhər namazı qana boyandı - Video/YeniləndiRusiyadan İŞİD-ə növbəti zərbəMisir prezidentinə zəng edib, deyəcəm ki... - Tramp