» » Yavlinski: “Rusiya Suriya tələsindən təcili çıxmasa...”

Yavlinski: “Rusiya Suriya tələsindən təcili çıxmasa...”

10-04-2017, 18:09
Yerləşdirdi: Admin
Çıxartmaq
Yavlinski: “Rusiya Suriya tələsindən təcili çıxmasa...”
Son 25 ildə Rusiya müasir Avropa dövləti qura bilmədi.

Bunu “MK.ru” saytına müsahibəsində Rusiyanın “Yabloko” partiyasının sədri Qriqori Yavlinski söyləyib.

“25 ildə biz çalışdıq, amma hər şey istədiklərimizin olmaması ilə yekunlaşdı. Konstitusiya işləmir, qanun hökumətin ehtiyaclarına uyğunlaşdırılır, orta sinif və müstəqil biznes yox səviyyəsindədir. Əgər biz yeni ölkə yarada bilsəydik, o zaman Ukrayna ilə müharibəmiz də olmazdı. Postsovet epoxası başa çatıb, amma yeni dövr başlamayıb. Ona görə ki, gələcək üçün heç nə yetişdirməmişik. Heç bir perspektiv yaratmamışıq”, – deyə o bildirib.

Müxalif lider Rusiyanın təcili olaraq Suriyadan çıxmalı olduğunu bildirib:

“Suriya Rusiya üçün tələdir. Rusiya özü Yaxın Şərqin sonsuz dini müharibələrinə daxil oldu. İndi bizim rəqiblərimizə lazımdır ki, orada sonsuz olaraq qalaq, burada bütün resurslarımızı xərcləyək. Biz Suriyadan təcili qaçmalıyıq. İndiki zamanda bu, özəlliklə, çətindir. Ona görə ki, amerikalıların Suriyaya zərbəsi bizdə artıq çağırış kimi qəbul edilib.

Əvvəldən bəlli idi ki, Tramp bizi beynəlxalq təcrid və sanksiyalardan azad etməyəcək. Suriya aviabazasına zərbə “Tramp bizimdir” oyununun sonudur. Artıq hamıya aydındır ki, ABŞ-la müharibənin isti müharibə həddinə qədər gətirilməsi bizim ölkə üçün qəbuledilməzdir. Nə iqtisadiyyatımız, nə də hərbi imkanlarımız buna imkan verir. Əgər ölkə daxilində situasiya bir az da gərginləşsə, hakimiyyət yeni avantüraya əl atacaq ki, hamının fikrini yayındırıb, birləşdirə bilsin. Böyük ehtimalla yeni müharibə olacaq. Allah eləməsin ki, bu, Ukrayna ilə baş versin”.
dle 10.5
Xəbər
Makron Breksit məsələsində nöqtəni qoyduABŞ-dan inanılmaz: Rusiya bununla razılaşmalı olacaqTürkiyə ilə bu plan üzərində çalışırıq - ABŞNATO bölgədə güclənir - Rusiya bəyanat verdiFuad Abbasov çağırış etdi: Deportasiya olunacağamBabayandan Qarabağla bağlı inanılmaz – Təklifİran Türkiyəni tək qoydu: PKK-ya qarşı əməliyyatBakıda avtobus dəhşətli qəza törətdi - VideoNATO-dan Moskvaya cavab: Provokasiya...Ərdoğanın bir milyardlıq ordusu toplanacaq...Bu gün İlaxır çərşənbədirAntalya istiqamətində birbaşa uçuşlar başlayırTürkiyədən Utrext hücumu ilə bağlı - BəyanatMəscidə hücumun anbaan - Videosu/18+Bakıda öz adını düzgün yaza bilməyən icra hakimiyyətiİsrailin 5 raketə cavabı: Yüz hədəfi məhv etdiZurabişvilidən İrəvana mesaj: Separatçılarınızı geri çəkinSumqayıtda ağır qəza: 2 ölü, 3 yaralıTürkiyənin S-400 alması NATO üçün təhlükəsizlik məsələsidirƏrdoğandan terrorçunun onu öldürməklə bağlı planına - ReaksiyaAzərbaycan qədim xəritələrdə - Rus alimdən sensasion videoNovruz tonqallarında 9 nəfər yandı – RəsmiABB-də “Qazprombank” nümayəndələri ilə görüşQuş qripi monitorinqi keçirildi - AQTAQohum olmayan şəxs də donor ola bilər - Qanun hazırlanırBakıda dərmansız müalicə üsulu – NevroloqDünyanı qorxuya salan Boinq-737 haqda - FaktlarABŞ Maduroya görə Rusiyaya sanksiya tətbiq edəcəkYaxşı bitki yağını necə seçək?Sabiq icra başçısı 7 aylıq maaşını tələb edirQoy, Azərbaycanda bilsinlər ki... - Nisanovdan ismarışZurabişvili Ermənistanda azərbaycanlılardan danışdıNikol istəyir ki, Bakı Xankəndini vursun – Professordan şokTürk hərbçilər bu sistemi öyrənmək üçün Bakıya gəlirHamı təngə gəlib: Bakı hücum etsə, Kreml susacaq - Mixaylovİrəvan təşvişdə: 10 minlik Azərbaycan Ordusu...Qarabağ separatçı qurum deyil… – Kuznetsovdan sensasiyaNazirdən pensiyalarla bağlı - Şad xəbərZurabişvili İrəvanda: Qondarma abidəyə ziyarət – VideoBu ölkələr Rusiyadan ərazi tələb edə bilər - BorovoyBəs, Avropa ölkələrində edam qadağan idi? - ƏrdoğanTrampdan "Boinq"lə bağlı qərarAzərbaycanda qeyri-adi ev - VideoSahibkarların yumurta fırıldağı: AQTA xəbərdarlıq etdiBayram tonqalına görə ölən gəncin - FotolarıZabit Səmədov Ərdoğanla görüşdü - VideoHindistan-Pakistan konflikti şok məqamı üzə çıxardı - TarasovErməni ordusu 7 əsgər itirdi – MN-dən gülməli cavabBakıda yataqxanada yanğın: ölü və yaralılar var -VideoProblemli krediti olanların nəzərinə: Sabah saat 11:00-da...