» » Şərqi Azərbaycanda faciə: 37 ölü, 32 itkin - Video

Şərqi Azərbaycanda faciə: 37 ölü, 32 itkin - Video

16-04-2017, 08:18
Yerləşdirdi: Admin
Çıxartmaq
Şərqi Azərbaycanda faciə: 37 ölü, 32 itkin - Video
Güclü yağış nəticəsində Şərqi Azərbaycan vilayətinin bir neçə şəhərini sel basıb, nəticədə onlarla insan ölüb və ya itkin düşüb.

Bu barədə Şərqi Azərbaycan Valiliyi Böhran Müdiriyyəti Şöbəsinin rəisi Xəlil Sai danışıb. X.Sai vilayətin digər şəhərlərində təbii fəlakətin fəsadlar törətdiyini vurğulayıb:

“Azərşəhrdə 7 avtomobil sel-daşqın sularının altında qalıb, hazırda itkin düşən avtomobil sərnişinləri axtarılır. Təbii fəlakət Marağa, Binab və Sarab şəhərlərində də baş verib, lakin ən çox Əcəbşir və Azərşəhr (Tufarqan) şəhərlərinə ziyan dəyib”.

X.Sainin sözlərinə görə, təbii fəlakət nəticəsində bölgəyə dəymiş maddi ziyanın həcmi hələlik məlum deyil.

Azərşəhr Qızıl Aypara Cəmiyyətinin rəisi isə bildirib ki, xilasedicilər 3 nəfəri seldən qurtarıb, sular altında qalan “Pejo” markalı avtomobilin 3 sərnişininin axtarışı isə davam edir.

Azərşəhr İcra Hakimiyəti başçısı Allahyari deyib ki, Azərşəhr, Qoqan, Mamaqan, Teymurlu və ətraf kəndlər daşqın sularının mühasirəsindədir: “Sel Azərşəhrin Qələzar məntəqəsində bir neçə avtomobili aparıb. Ölənlər barəsində hələlik dəqiq məlumat yoxdur. Xilasedici qruplar isə təbii fəlakət bölgəsinin bütün yerlərinə göndərilib”.

Şərqi Azərbaycan Yol Polisi İdarəsinin rəisi polkovnik Cavad Namvəran isə Azərşəhr-Əcəbşir yolunda yerləşən Qazi Cahan körpüsünün hələlik bağlandığını elan edib: “Bölgədə təhlükə ehtimalı var, daşqın təkrarlana bilər. Ona görə də Qazi Cahan körpüsü növbəti xəbərdarlığa qədər bağlı qalacaq”.

Əcəbşir İcra Hakimiyyəti başçısının sözlərinə görə, bu şəhərdə baş verən daşqın nəticəsində 3 nəfər ölüb, 12 nəfər isə itkin düşüb. Hələlik itkin düşənlərin taleyi barədə heç bir məlumat yoxdur. “Ölənlərdən biri qadın, ikisi isə kişidir, onların cəsədi Əcəbşir xəstəxanasına aparılıb”, - deyə mer bildirib.

Bəzi mənbələr isə Əcəbşirdə təbii fəlakət nəticəsində 12 nəfərin öldüyünü və 40 nəfərin itkin düşdüyünü iddia edib.

***

13:42

Şərqi Azərbaycan valiliyi İran ordusunu sel daşqınlarından əziyyət çəkənlərə yardım göstərməyə çağırıb.

Bu çağırışdan sonra ordu hissələri hadisədən ziyan çəkənlərin yardımına gəliblər. Daşqınlar zamanı itkin düşənlərdən 7 nəfərin meyiti artıq aşkarlanıb. Selin apardığı 7 maşından 2-si tapılıb və onların içində 3 meyit olub. Axtarışlara Hərbi Hava Qüvvələrinin helikopterləri də cəlb edilib.

Hökumət daşqınlar nəticəsində 12 nəfərin öldüyünü, 40 nəfərin isə itkin düşdüyünü təsdiqləyib. Qeyri-rəsmi məlumata görə isə ölənlərin sayı artıq 50-ni keçib.

***

Şərqi Azərbaycanla yanaşı, mərkəzi Urmiya olan Qərbi Azərbaycanda da daşqınlar baş verib. Lakin burada ölən, yaralanan, zərərçəkənlər haqqında heç bir məlumat verilmir.

Qərbi Azərbaycan Valiliyi artıq bölgədəki bir neçə kənddən insanların tam təxliyə edildiyi haqqında informasiya yayıb. Bölgədəki məktəblərin fəaliyyət bu gündən etibarən dayandırılıb. Valilik əhaliyə dərələr və çayların ətrafından uzaq durmağı məsləhət görüb.

***

İran kanalı Press TV Şərqi Azərbaycanda daşqın zamanı ən azı 18 nəfərin öldüyünü açıqlanıb.

Rəsmilər bu fəlakətin son illərin ən dəhşətli daşqını olduğunu açıqlayıb.

***

Azərşəhr İcra Hakimiyyətinin başçısı Yədullah Allahyari Azərşəhrdə daha 4 nəfərin meyitinin çıxarıldığını və bununla da ölənlərin sayının 32-yə çatdığını bildirib.

İtkin düşənlərin axtarışları davam edir.

***

İran rəsmiləri faciə nəticəsində ölənlərin sayının 37-ə çatdığı barədə məlumat yayıb. Bildirilir ki, 32 nəfər itkindir və axtarışları davam edir.

12 nəfər yaralanıb ki, onlardan 7 nəfər hazırda xəstəxanaya yerləşdirilib, onlardan 2-nin vəziyyətinin ağır olduğu vurğulanır. Evsiz qalan 133 nəfər isə müvəqqəti olaraq çadırlarda məskunlaşdırılıb.

BBC isə ölənlərin sayının 40-ı keçdiyini yazıb.



Şərqi Azərbaycanda faciə: 37 ölü, 32 itkin - Video
Şərqi Azərbaycanda faciə: 37 ölü, 32 itkin - Video
Şərqi Azərbaycanda faciə: 37 ölü, 32 itkin - Video
dle 10.5
Xəbər
Bakı metrosunda faciəBakıda daha bir avtobus qəzası: ölən varƏr-Riyad Qaşıqçının ölümünü bu cür elan edəcək: Türkiyə isə...“Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi34 yaşlı gəncin öldüyü klinikadan – AçıqlamaABŞ Pompeodan öncə Türkiyəyə onu göndərdiPaşinyan bu gün istefaya gedəcəkİrəvan qatil generalı həbsdə saxladıDolların bugünkü məzənnəsiİspaniya evdə İngiltərəyə təslim olduYuxularınız sizin haqqınızda bunları deyirTürk kəşfiyyatından inanılmaz: Terrorçularla tarixi razılaşma..ABŞ başlıca təhlükəni açıqladıFransanın İrəvana atdığı “xilas kəməri”... – ŞərhSəudiyyədə növbəti inqilabi qərar: Qadına yüksək vəzifəHindistandan müsəlmanlara qarşı şok qərarAğrıyan yerinizə xına çəkin - Bilinməyən faydalarABŞ-dan Türkiyəyə dəstək: müttəfiqimizin yanındayıqErmənilər Qafqazda “İkinci Qarabağ” yaradır – ŞərhOrdu Putini üstələdi – Kreml üçün arzulanmaz mənzərəRusiyadan Qarabağ açıqlaması: Ehtiyatsız bəyanatlar...Rusiyada vertolyot qəzası: Karapetyan öldüMer məşhur məmuru işdən çıxartdı: həbs oluna bilər?NATO-dan sərt açıqlama: Rusiya bunu dayandırmalıdır!İndoneziyada ölü sayı hər keçən gün artır - 1558 nəfər"Qarabağ" "Arsenal"a uduzdu - Böyük hesabla“Palmali” bu gəmini suya buraxdı: Ancaq azərbaycanlılar…Çavuşoğlu BMT diplomatı ilə Suriyanı müzakirə etdiBeyin hüceyrələrini məhv edən səbəblər...“Bakı Bus”un qapısı qırıldı: sərnişinlər etiraz etdi - FotoABŞ bizə "üçüncü əllə" hücum edir - RusiyaRus nazir təsdiqlədi: Türkiyə ilə ticarətdə dollardan imtina...Alman nəşrindən inanılmaz: Rusiya Belarusa qoşun yeridə bilərDünyanın gözlədiyi əməliyyat başladı: Rusiya zərbə endirdiTrampdan Moskva və Tehrana çağırışSanksiyalar İrəvanı da vurdu – Boş hay-küyRusiyadan Türkiyəyə jest: Dollar istifadəsi…Bu ölkədə nazirin olduğu lift şaxtaya düşdüRamil Quliyev Avropada ayın ən yaxşısı ola bilərSəhər acqarnına su içməyin 7 faydası“Qayıdış marşı”nda ölənlərin sayı 160-a çatdıLavrovdan Pompeoya: Bircə dəlil də təqdim etmədinizStress və depressiyanı müalicə edən ən yaxşı üsulRuhanidən Ərdoğana: Trampı peşman edəcəyikTrampdan Türkiyəyə daha bir zərbə: 2 dəfə bahalaşdıNaxçıvandan “savaş başladan” ermənidən yeni addım - Videoİrana daha bir zərbə: Dollardan imtinaƏlimizdə ciddi faktlar var, Köçəryan bu gün…Medvedyevdən ABŞ-a təhdid: Bu, savaş elanı olacaqQəzzadan Netanyahuya ciddi zərbə: Kabus başlayıb...