Türklərdən Tehrana “erməni” xəbərdarlığı: İzn vermərik » Yeniləşən Azərbaycan
» » Türklərdən Tehrana “erməni” xəbərdarlığı: İzn vermərik

Türklərdən Tehrana “erməni” xəbərdarlığı: İzn vermərik

24-04-2017, 19:35
Yerləşdirdi: Admin
Çıxartmaq
Türklərdən Tehrana “erməni” xəbərdarlığı: İzn vermərik
İrandakı Azərbaycan Milli Hərəkat fəalları Daşnaksütyun ideologiyası tərəfdarlarına Tehranda uydurma erməni soyqırımı ilə əlaqədar keçirmək istədikləri etiraz aksiyasına görə xəbərdarlıq ediblər.

Axar.az “GAMAC.info”ya istinadən xəbər verir ki, fəallar bəyanatda Azərbaycan və türk dünyası əleyhinə saxta tarixi iddiaların səsləndirilməsinin heç bir şəkildə qəbul edilməyəcəyini bildiriblər:

“Müşahidələrə görə, Daşnaksütyun Partiyasının lobbisi, Ararat Gənclər Birliyi, Tehran Ararat İdman və Mədəniyyət Klubu, Müqəddəs Sərkis Kilsəsi və Ermənistanın Tehrandakı səfirliyi Daxili İşlər Nazirliyinə məktub göndərərək, uydurma erməni soyqırımı ilə əlaqədar aprelin 24-də Tehranda etiraz aksiyası keçirmək üçün icazə istəyiblər. İran dövləti ötən illərdə 40 milyon Azərbaycan türkünün gözü qarşısında onların yalançı iddialarının təkrar edilməsinə şərait yaratmışdır. Lakin ötən il erməni lobbisinə belə bir icazə verilmədi və onlar sadəcə Tehranda Müqəddəs Sərkis Kilsəsində Türkiyə və türk dünyasına qarşı şüarlar səsləndirdilər.

Güney Azərbaycan türk milləti heç bir irq, məzhəb və dinlə düşmənçilik etmir. Azərbaycan Milli Hərəkatının ideyaları sülh prinsipi və demokratik üsullara söykənir. Lakin Azərbaycan və türk dünyası əleyhinə saxta tarix quraşdırmaq heç bir şəkildə qəbul edilə bilməz. Ermənistan ordusunun Dağlıq Qarabağdakı cinayətləri, Daşnaksütyun Partiyası və ciloların Urmiya, Xoy və Salmasda törətdikləri faciə bir acı xatirə kimi hələ də yaddaşlardan silinməyib. Belə bir vəziyyətdə onların islam hökuməti bayrağı altında türklərə qarşı aksiya keçirməsi tamamilə qəbuledilməzdir. Ölkədə seçki ərəfəsində Daşnaksütyun Partiyası tərəfdarlarının Türkiyə səfirliyi qarşısında aksiya keçirməsi İslam Cümhuriyyəti üçün bir qara ləkə olmaqla yanaşı, Azərbaycan türk millətinin kəskin etirazına səbəb olacaq. Təbii ki, bu hadisə seçkilər dönəmində Təbriz, Tehran və Urmiya kimi şəhərlərin təhlükəsizlik vəziyyətinə də öz təsirini göstərəcək”, - deyə bəyanatda qeyd olunub.
dle 10.5
Xəbər
“Qayıdış marşı”nda ölənlərin sayı 160-a çatdıLavrovdan Pompeoya: Bircə dəlil də təqdim etmədinizStress və depressiyanı müalicə edən ən yaxşı üsulRuhanidən Ərdoğana: Trampı peşman edəcəyikTrampdan Türkiyəyə daha bir zərbə: 2 dəfə bahalaşdıNaxçıvandan “savaş başladan” ermənidən yeni addım - Videoİrana daha bir zərbə: Dollardan imtinaƏlimizdə ciddi faktlar var, Köçəryan bu gün…Medvedyevdən ABŞ-a təhdid: Bu, savaş elanı olacaqQəzzadan Netanyahuya ciddi zərbə: Kabus başlayıb...ABŞ-Türkiyə görüşü ilə bağlı müəmmalı açıqlamaYunanıstan Rusiyadan səfirini geri çağırdı - BöhranKanadada atışma: 4 ölüRusiyadan Türkiyəyə dəstək: İşə yaramayacaq“Mançester” "Lester"ə şans vermədi - İlk qələbəMərkəzi Bankdan manatın məzənnəsi ilə bağlı - AçıqlamaSəudiyyənin hərbi düşərgəsinə ballistik raket atıldıİrana qarşı sanksiyalar nə ilə nəticələnə bilər? - AnalitikAğıllı insanların xoşbəxt olmamalarının 6 səbəbi..Almaniyada avtomobil marketə girdi: yaralılar varRuhani Trampın dəvətindən danışdı: Sanksiya zamanı..Kiçik ölkəyik, təhlükəsizliyə ehtiyacımız var - TiflisABŞ qorxur ki, bu texnologiya Çinin əlinə keçər: Türkiyə...ABŞ İran və Çini zəbt edəcək, sonra isə...Erməni nazir: Rusiya ilə dəmiryolu əlaqəsini kəsirikKremldən dəhşət anonsu: Tiflisi NATO-ya qəbul etsəniz... - VideoKöçəryan qayıdır: Paşinyana qarşı vahid müxalifətİsraildən qorxulu açıqlama: Artıq sondur, müharibə... - Videoİndoneziyada dəhşət: ölənlərin sayı 206-ya çatdı - FotoSəudiyyə 24 saat vaxt verdi – GərginlikOnminlər Ərdoğana görə ayağa qalxdı - CavabABŞ plan hazırlayıb: Türkiyəni nə gözləyir?Ərdoğandan Maduroya: Narahatam"Qarabağ" BATE-ni keçə bilməsə, bu klubla görüşəcəkŞok qərar: Azərbaycan klubları ləğv edildiRuslar Azov dənizini tutacaqlar, sonra isə... - TəhlükəAnar Nağılbazı bu cür öldürdük – VideoGəncədə iğtişaş: iki polis əməkdaşı şəhid oldu - RəsmiQərbi azərbaycanlılara çağırış: Erməniləri sevindirməyin!Bu ölkə ilə bağlı əsas hədəfimiz... - ƏrdoğanƏrdoğanın andiçməsinə qatıldı, baş nazir əsəbiləşdiDuqin erməni KİV-ə: Bütün Qarabağ Azərbaycan ərazisidirİnanılmaz: Ermənilər Patruşevin Qarabağ bəyanatını dəyişdirdiGəncə olayının arxasında kim durur? - Komitə sədrisürüldü Qadın, oğlu və qardaşı oğlu boğularaq öldü - Masallıda dəhşətKöçəryan generalları güdaza verir: Qərarı o verdi.Gəncədə baş verənlər bunun nəticəsidir - ŞərhTürkiyə hərbçiləri əməliyyata başladı: "Türk Tarık" axtarılırPiterdə azərbaycanlı faciəvi şəkildə öldüZal Yusifov 81 nəfərin milyonlarını qaytarmır - Şok qərar