» » Sərkisyan mənə dedi ki, Ağdam bizim deyil - Tomas de Vaal

Sərkisyan mənə dedi ki, Ağdam bizim deyil - Tomas de Vaal

26-04-2017, 16:50
Yerləşdirdi: Admin
Çıxartmaq
Sərkisyan mənə dedi ki, Ağdam bizim deyil - Tomas de Vaal
Məşhur Britaniya analitiki, Karnegi Fondunun böyük elmi işçisi, “Qara bağ: Ermənistan və Azərbaycan sülhlə müharibə arasında” kitabının müəllifi Tomas de Vaal hesab edir ki, Qarabağ münaqişəsini tədricən - addım-addım həll etmək lazımdır, amma bu gün bu, təsəvvür edilmir.

Virtualaz.org xəbər verir ki, o, Ermənistanın sülh prosesini altdan-altdan pozduğunu və bunda Azərbaycanı ittiham etdiyini deyib. De Vaalın fikrincə, münaqişənin ölü nöqtədən tərpənməsi üçün ermənilər işğal edilmiş rayonları azad etməyə başlamalıdır. Əgər tərəflər bir-birinə güzəşt etməsələr, növbəti toqquşmalar yalnız vaxt məsələsidir.

“Qarabağ münaqişəsində tədricən dəyişikliklərə nail olmaq çox çətindir. Əksəriyyət sizə deyəcək ki, münaqişələr bir anda, bir imza və ildırımın sürətilə həll edilmir. Başqa cür olur: münaqişələr tədricən sönür, vəziyyət uzun illər ərzində antaqonizm mövqeyindən tərəflərin artıq bir-birindən təhdid hiss etmədiyi mərhələyə keçir. Şimali İrlandiyada, yüz faiz olmasa da, belə oldu, indi Kipr də bu yoldadır.

İdealda Qarabağ münaqişəsinin həllini addım-addım, qarşılıqlı güzəştlər yolu ilə görmək çox yaxşı olardı. Məsələn, ermənilər tərəfindən Qarabağdan cənub-şərqdəki rayonlardan birinin, nəqliyyat əlaqələrinin açılışı və ya Qarabağ ermənilərinə böyük hüquqların verilməsinə əvəz olaraq, azad edilməsi.

Amma mən bunun bu dəqiqə mümkün olacağını düşünəcək qədər sadəlövh deyiləm. Münaqişə, politoloqların dediyi kimi, həddindən artıq elə ciddiləşib ki, istənilən güzəştlər hər iki tərəfdən bir növ satqınlıq və ya milli təhlükəsizlik maraqlarına xəyanət kimi qəbul edilir. Buna görə, mən tədricən dəyişikliklər haqqında danışarkən o kiçik addımları nəzərdə tuturam ki, atəşin dayandırılması ilə bağlı mandatın möhkəmləndirilməsi və ağır silahların təmas xəttindən uzaqlaşdırılması kimi daha əhəmiyyətli siyasi məqamlarla müşayiət olunsun”, – deyə de Vaal “Focus on Karabakh”ın redaktoru Emil Sanamyana müsahibəsində bildirib.

Tomas de Vaal Azərbaycanın, əgər danışıqlar nə iləsə nəticələnməyəcəksə, Qarabağ üçün müharibəyə başlamağa hazır olması və bunun nəyə gətirib çıxaracağı, ümumiyyətlə, Azərbaycanın davakar ritorikası barədə fikrə də münasibət bildirib: “Ermənilər özləri özlərinə xatırlatmalıdırlar ki, onlar öz evlərini itirmiş və öz torpaqlarına qayıtmaq istəyən insanlara qarşı düşməncəsinə köklənməməlidirlər. Mən bilirəm ki, Prezident Sərkisyan bir dəfə “Ağdam – bu ermənilərin vətəni deyil” deyə etiraf edib və bunun üçün tənqid edilib. Amma əslində o düzünü deyirdi”.

Britaniya analitiki deyir ki, ermənilər və azərbaycanlılar birlikdə yaşamağı bacarırlar və bunu onların Gürcüstanda, Rusiyada və başqa ölkələrdə sülh şəraitində yaşamaları da sübut edir.

“Münaqişəni həll etmək, əgər siz əks tərəfin dərdinə şərik olmursunuzsa, çətindir. Azərbaycanın münaqişəyə münasibəti dəyişə bilər, əgər şərait dəyişəcəksə. Söhbət, ilk növbədə, ərazilərin qaytarılmasından gedir”, – deyə de Vaal vurğulayıb.

Ekspert daha sonra deyib: “Azərbaycanı atəşkəs rejiminin pozulmasına görə tez-tez tənqid edirlər. Amma axı erməni tərəfi də gizlin-gizlin hər şeyi edir ki, sülh prosesi pozulsun. Məsələn, Kəlbəcər rayonunda yollar tikir və Azərbaycan məntəqələrinin adlarını dəyişdirərək erməniləşdirir.

İndi hər iki tərəf öz hərbi, diplomatik və iqtisadi mövqelərindən çıxış edərək oyun oynayır. Və heç kim güzəşt etmək istəmir. Bu isə o deməkdir ki, onlar gec-tez yenidən qarşı-qarşıya gələcəklər”.
dle 10.5
Xəbər
Millimiz Rusiya və İranla qarşılaşacaqDiqqət: Bu dərman satışdan çıxarılır, ürəyə ziyandırQarabağla bağlı əsas gedişin zamanı yetişir – Sabiq nazirTrampın ruslarla əlaqəsinə dair sübut tapılmadı - SenatPutin bütün gün Lukaşenko ilə görüşəcək – KremlAB-dən Səudiyyə ilə bağlı şok qərarNeft bahalaşdı - Yeni qiymətİstanbulda Türkiyə-Rusiya qarşılaşması: Türklər sevindiBel yırtığı nədən yaranır? - Səbəblər açıqlandıQadın abort zamanı dünyasını dəyişdi - YeniləndiPsixoloq və psixiatrın fərqini bilməyənlər… - Baş psixiatrBolton Rusiyanın qonşusu ilə Kremlin siyasətini müzakirə etdiVəliəhd: Onun arxasınca ova çıxacam – ABŞ kəşfiyyatıZaxarova: Qarabağla bağlı üçtərəfli görüşə hazırlıq görülür - VideoAzərbaycana dəhşətli soyuqlar gəlir? - VideoTarixi dəyişən hücum: ermənilər dəhşət içində - VideoSiz niyə milyonları göyə sovurdunuz?! – Sensasion cavabAvropa altıncı nəsil qırıcı hazırlığına başladıPompeo: İran BMT TŞ-yə meydan oxuyurSEPAH İranın ən yeni raketini təqdim etdiSoyuq müharibə geri qayıdır, ancaq tam fərqli formadaMəşhur meyxanaçının ayaqları tutulduAzərbaycanlı müğənni qəzada öldü - VideoHakimdən həyasız cavab: Qorxmayın, cənazəsini verəcəyikŞamaxıda indi də sürüşmə oldu: sakinlər evlərini tərk edir - VideoDolların bugünkü məzənnəsiFİFA açıqladı: Yenə gerilədikBeyin hüceyrələrini məhv edən səbəblər...Bakıda sığınacaqlar ayrıldı: yemək, yataq... - NazirlikSabah əhali diqqətli olmalıdır - İfrat təhlükəli hadisəBakıda külək təhlükəsi: ağaclar “yox edilir" - Fotoİslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir?Azərbaycanda güclü küləyin ilk fəsadları - FotoAli məktəb gəlirlərinin 40%-i müəllimlərə sərf ediləcəkPensdən Maduroya zərbə: O siyasətçiyə dəstək veriləcəkDüşmən mövqelərimizi atəşə tutduABŞ-da iranlı jurnalist saxlanıldıPutinin mühafizəsiz gəzməsi mümkün deyil - KremlTürkiyə öz "silahı" ilə vurula bilər - ÖzuğurluFərəh Əliyeva sədr təyin edildi, Qarayev müavin oldu - FərmanArif Alışanovu əvəz edən gənc kimdir? - DosyeƏrdoğandan şok: Tvitini gördüm, Trampa zəng etdimYazda Qarabağda müharibə başlayacaq – Ermənistandan şokBakıya qar yağacaq, hava 10 dərəcə düşəcək – RəsmiABŞ-ın qorxulu "röyası" - Rusiya silahıDövlət ali məktəblərinin nizamnaməsi təsdiqləndi“Azərişığ”ın iki rəisi “Kral”a görə qovuldu? - AçıqlamaNeft qiymətində artımFormula-1 üzrə sessiyaların vaxtı açıqlandı: Bakı yarışı...“Kapital Bank” 2018-ci ilin nəticələrini elan etdi