» » 7 rayon və Naxçıvan dəhlizi qaytarıla bilər

7 rayon və Naxçıvan dəhlizi qaytarıla bilər

6-05-2017, 22:25
Yerləşdirdi: Admin
Çıxartmaq
7 rayon və Naxçıvan dəhlizi qaytarıla bilər
Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ordu generalı Vyaçeslav Trubnikov Ermənistanın "Arm.info" portalına müsahibəsində Qarabağ münaqişəsinin tənzimlənməsinə öz baxışlarını bölüşüb.

Virtualaz.org xəbər verir ki, onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması kifayət qədər problematikdir və Azərbaycana kompensasiya kimi 7 işğal edilmiş rayon və Naxçıvan üçün dəhliz qaytarıla bilər:

"Bu, Azərbaycan üçün müəyyən kompensasiya olacaq. Əlbəttə, bu variant, ola bilsin ki, heç də hamını qane etməsin. Lakin hər halda, ciddi ərazi iddiaları üçün zəmin olmayacaq".

O, Rusiyanın Qarabağ üzrə mövqeyini də şərh edib: "Rusiyanın mövqeyi onsuz da bəllidir - Qarabağda qalib və məğlub olmamalıdır. Bütün bunlar, üçüncü tərəf də daxil olmaqla, hamı üçün pis bitəcək. Qarabağ ətrafında münaqişədə nöqtə qoymayacaq həllin iştirakçısı olmaq düzgün deyil və olmaz. Güzəştin olmadığı, qisas üçün imkanların qaldığı yerdə yekun razılaşma mümkün deyil. Bu yalnız müvəqqəti saziş olacaq. Buna görə də Qarabağı birdəfəlik və həmişəlik həll etmək lazımdır".

Münaqişənin hərbi yolla həlli barədə sualı cavablandıran V.Trubnikov qeyd edib:

"Mənə belə gəlir ki, Bakıda, İrəvanda və Stepanakertdə (Xankəndində - red.) hazırkı rəhbərlər siyasi cəhətdən kifayət qədər savadlı və uzaqgörəndirlər, anlayırlar ki, birtərəfli həll çətin ki, mümkün olsun. Düşünürəm ki, münaqişənin belə həllinin nəzəri cəhətdən imkanları mövcuddur və bu qalmaqdadır. Əlbəttə ki, qızğın başlar da tapılacaq. Bu müharibə hər iki tərəfi məhv edəcək, qalib olmayacaq. Sözün əsl mənasında, qazanılacaq da bir şey yoxdur, sadəcə olaraq, bir-birini torpaqdan qovmaq və məhv etmək lazımdır. Milləti, dini və mədəniyyəti məhv etmək lazım gələcək. XXI əsrdə isə bu mümkün deyil".

V.Trubnikovun sözlərinə görə, bügünkü vəziyyətə görə üstünlük Azərbaycan tərəfdədir:

"Azərbaycan inkişaf edir və möhkəmlənir, ümumilikdə, pis deyil. Əlbəttə ki, neft və qaz Azərbaycana imkan yaradır ki, sırf maddi, texniki və iqtisadi cəhətdən tərəqqi etsin".
dle 10.5
Xəbər
ABŞ-dan inanılmaz: Rusiya bununla razılaşmalı olacaqTürkiyə ilə bu plan üzərində çalışırıq - ABŞNATO bölgədə güclənir - Rusiya bəyanat verdiFuad Abbasov çağırış etdi: Deportasiya olunacağamBabayandan Qarabağla bağlı inanılmaz – Təklifİran Türkiyəni tək qoydu: PKK-ya qarşı əməliyyatBakıda avtobus dəhşətli qəza törətdi - VideoNATO-dan Moskvaya cavab: Provokasiya...Ərdoğanın bir milyardlıq ordusu toplanacaq...Bu gün İlaxır çərşənbədirAntalya istiqamətində birbaşa uçuşlar başlayırTürkiyədən Utrext hücumu ilə bağlı - BəyanatMəscidə hücumun anbaan - Videosu/18+Bakıda öz adını düzgün yaza bilməyən icra hakimiyyətiİsrailin 5 raketə cavabı: Yüz hədəfi məhv etdiZurabişvilidən İrəvana mesaj: Separatçılarınızı geri çəkinSumqayıtda ağır qəza: 2 ölü, 3 yaralıTürkiyənin S-400 alması NATO üçün təhlükəsizlik məsələsidirƏrdoğandan terrorçunun onu öldürməklə bağlı planına - ReaksiyaAzərbaycan qədim xəritələrdə - Rus alimdən sensasion videoNovruz tonqallarında 9 nəfər yandı – RəsmiABB-də “Qazprombank” nümayəndələri ilə görüşQuş qripi monitorinqi keçirildi - AQTAQohum olmayan şəxs də donor ola bilər - Qanun hazırlanırBakıda dərmansız müalicə üsulu – NevroloqDünyanı qorxuya salan Boinq-737 haqda - FaktlarABŞ Maduroya görə Rusiyaya sanksiya tətbiq edəcəkYaxşı bitki yağını necə seçək?Sabiq icra başçısı 7 aylıq maaşını tələb edirQoy, Azərbaycanda bilsinlər ki... - Nisanovdan ismarışZurabişvili Ermənistanda azərbaycanlılardan danışdıNikol istəyir ki, Bakı Xankəndini vursun – Professordan şokTürk hərbçilər bu sistemi öyrənmək üçün Bakıya gəlirHamı təngə gəlib: Bakı hücum etsə, Kreml susacaq - Mixaylovİrəvan təşvişdə: 10 minlik Azərbaycan Ordusu...Qarabağ separatçı qurum deyil… – Kuznetsovdan sensasiyaNazirdən pensiyalarla bağlı - Şad xəbərZurabişvili İrəvanda: Qondarma abidəyə ziyarət – VideoBu ölkələr Rusiyadan ərazi tələb edə bilər - BorovoyBəs, Avropa ölkələrində edam qadağan idi? - ƏrdoğanTrampdan "Boinq"lə bağlı qərarAzərbaycanda qeyri-adi ev - VideoSahibkarların yumurta fırıldağı: AQTA xəbərdarlıq etdiBayram tonqalına görə ölən gəncin - FotolarıZabit Səmədov Ərdoğanla görüşdü - VideoHindistan-Pakistan konflikti şok məqamı üzə çıxardı - TarasovErməni ordusu 7 əsgər itirdi – MN-dən gülməli cavabBakıda yataqxanada yanğın: ölü və yaralılar var -VideoProblemli krediti olanların nəzərinə: Sabah saat 11:00-da...Bakı müharibəyə hazırlaşırsa, biz nə edək? - Tonoyan