» » Ürək-damar xəstəliklərinin başlıca səbəbi... - Cərrah

Ürək-damar xəstəliklərinin başlıca səbəbi... - Cərrah

27-01-2017, 11:56
Yerləşdirdi: Admin
Çıxartmaq
Ürək-damar xəstəliklərinin başlıca səbəbi... - Cərrah
Yenileshen-azerbaycan.com ürək-damar cərrahı Ramil Əliyevin Müstəqil.az-a müsahibəsin təqdim edir:

- Azərbaycanda ən çox hansı ürək-damar xəstəliklərinə rast gəlinir?

- Həm dünyada, həm Azərbaycanda ən çox infarkta və ürək çatışmazlığına rast gəlinir. Anadangəlmə ürək qüsurları ilə doğulan uşaqlar Azərbaycanda digər ölkələrdən daha çoxdur.

- Xəstəliklərin yayılmasında genetik amilin rolu nə dərəcədədir?

- Son tədqiqatlar göstərir ki, ürək-damar xəstəliklərinin genetik dəyişiklərlə çox sıx əlaqəsi var. Azərbaycanda ürək-damar xəstəlikləri getdikcə artır və təəssüf ki, biz də gündəlik praktikamızda bu cür xəstələrlə daha çox qarşılaşırıq. Bu, tək bizim ölkəmizə məxsus tendensiya deyil, bütövlükdə bütün dünyada ürək-damar xəstəliklərinin artması müşahidə olunur. Xüsusilə dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər məhz ürək-damar xəstəlikləridir.

- Anadangəlmə ürək qüsuru olan xəstələrin müalicəsi necə həyata keçirilir?

- Anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsi çox böyük səy və diqqət tələb edir. Belə ki, qüsurların yüngül, kompensə olunmuş variantlarında dərman müalicəsinin aparılması məsləhət görülür. Əksər hallarda anadangəlmə ürək qüsurlarının müalicəsi cərrahi yollarla aradan qaldırılır. Son illərdə bir sıra anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv üsullardan da geniş istifadə edilir. Bütün hallarda belə uşaqlar mütəmadi olaraq həkim-kardioloqun nəzarəti altında olmalıdır.

- Qadınlar, yoxsa kişilər arasında infarkt xəstəliyi daha çox yayılıb?

- Kişilərdə daha çox rast gəlinir. Amma son illərdə dünyada qadınlarda da bu xəstəlik artıb. Özü də zərif cins infarktı ağır keçirir, ümumiyyətlə, qadınlarda diaqnoz qoyulması bir az çətin olur. Qadınlar adətən həkimə gecikirlər. Çünki özləri də ürək xəstəliyindən əziyyət çəkdiklərini bilmirlər. Həkimə gec gəldikləri zaman isə keçirdikləri infarkt ölümlə nəticələnir.

- Ümumiyyətlə, ürək-damar xəstəliklərinin, infarktların əsas səbəbi nədir?

- Ürək-damar xəstəliklərinin başlıca səbəbi genetika ilə bağlıdır. Genetik olaraq sözügedən xəstəlik bir ailədə varsa, həmin nəsildə digər insanların da tutulma ehtimalı yüksəkdir. Ürək damarı tutulduğu zaman damarın o nahiyəsini qidalandıran hüceyrəsi infarkt olur və ürəyin o hissəsi sıradan çıxır. İrsi yolla keçməkdən başqa, ikinci, ən ciddi risk faktoru şəkərdir. Şəkər xəstəliyi də bizim ölkəmizdə hədsiz dərəcədə çoxdur. Daha sonrakı risk faktorları arasında təzyiq problemi və xolesterinin normal miqdarda olmamasıdır. Ümumiyyətlə, siqaret çəkmə, oturaq həyat, Azərbaycan mətbəxi, yağlı yeməklər, xəmir məmulatları və qırmızı ətdən çox istifadə – bütün bunlar risk faktorlarıdır. Bundan başqa, stress də ürək-damar xəstəliklərinin əsas səbəbi olmasa da, xəstəliyin ortaya çıxma səbəblərindən biridir.

- Duzlu xörəklərdən çox istifadə də damarların tıxaclaşmasına səbəb olurmu?

- Əslində, duzlu yeməklər damarların kirəclənməsindən daha çox təzyiqin yüksəlməsinə səbəb olur, birbaşa damarlara zərəri yoxdur. Amma təzyiq yüksək olduğu zaman ürək damarlarını zədələdiyi üçün bilavasitə ürək damarlarının tutulmasına gətirib çıxarır.

- Piylənmə ilə ürək-damar xəstəlikləri arasında əlaqə varmı?

- Kök insanlarda risk daha böyükdür. Çünki artıq çəkili insanlarda adətən xolesterin yüksəkliyi olur. Yəni piylənmə və xolesterin yüksəkliyi ürək-damar xəstəliklərinin səbəbləri sırasındadır. Artıq çəkili insanlar daha az hərəkət edirlər və buna bağlı olaraq da ürək-damar xəstəlikləri artır.

- Ürək-damarxəstəliklərinin əlamətləri hansılardır?

- Sinənin ortasında, mədə nahiyyəsindən başlayıb boyuna qədər və yaxud alt çənəyə qədər olan ağrılar ürək-damar ağrılarıdır. Bu ağrı göynədici, yandırıcı, basqı və yaxud sıxılma şəklində olur. Xəstələrin bəzilərində sadəcə mədə, alt çənə və boyunda ola, hər iki qola, çiyinə yayıla bilər. Bəzi insanlarda heç ağrının olmaması da mümkündür. Bu cür insanlar ən şanssız qrupdur ki, qəfləti ölümlə qarşılaşırlar. Bəzən xəstədə ürək ağrısı xarakteri daşımayan ağrılar da ola bilər. Onu da deyim ki, adətən sancı, batma, “ürəyim ağrıyır” deyərək sol tərəfi göstərən insanlardakı ağrılar ürək ağrısı deyil. Batma, qulunc deyilən yerlərdəki ağrılar əzələ ağrılarıdır.

- Ürək-damar xəstəliyinə tutulmamaq üçün nə məsləhət görərdiniz?

- Qida çox önəmlidir. Ən əsas bizim tövsiyə edəcəyimiz şey qırmızı ətdən uzaq durmaqdır. Əsasən toyuq, balıq əti yemək lazımdır. Onların da içalatlarından uzaq durmaq lazımdır. Xəmir xörəkləri, kərə və qatı yağlardan az istifadə tövsiyə edilir. Ağ çörəkdən çox az istifadə etməli, yediyimizi tələsə-tələsə deyil, olduqca asta-asta yemək lazımdır ki, doyduğumuzu başa düşək. Çünki doyma siqnalları beyinə 20 dəqiqə sonra çatır.

- Gülüşün infarkt riskini azaltdığı deyilir…

- Daim deyib-gülən, müsbət auralı insanlarda stress daha az olur. Belələrinin təzyiqləri də adətən daha yaxşı olur. Eyni zamanda maddələr mübadiləsi, şəkər və xolesterinin də miqdarı normada qeydə alınır. Gülən insanlar daha rahat insanlar olduğundan, onlarda ürək-damar xəstəliklərinə daha az rast gəlinir.
dle 10.5
Xəbər
Diplomatik mənbə: Ərdoğanla Putin razılaşdı, 5 rayon qayıdır...Güclü zəlzələ Bakının bu ərazisini dağıda bilərDGK büdcə öhdəliyini vaxtından əvvəl yerinə yetirdiƏrdoğan yenə Putinlə görüşə gedirRusiyanın Qarabağ təklifi: hansı paket müzakirə edilir?Rusiya qaçaq baş nazirlə danışıqlara başladıİrəvanı AŞPA-da nasist təmsil edirmiş: “Zənci reyslər...”Növbəti zəlzələ: dünya titrəməkdə davam edir - 5.9 balAğdamda güclü zəlzələ: 130-dan artıq ev...Azərbaycanda növbəti zəlzələBin Salman məşhur misirlini özünə müavin təyin etdiKremlin İrəvan planı: Sərkisyana təsir vasitələri...Dollar ucuzlaşacaqBu ölkə DÇ-yə vəsiqə qazanmadığı üçün 1 milyard itirdi"Qarabağ"ın rəqibinin oyunçusu “Barselona” ilə razılaşdıÖlkədə uşaqlar arasında yeni virus yayılıb – XəbərdarlıqUzun ömürlülüyün sirri bu iki yağdadır...Rusiyada sərnişin təyyarəsi qəzaya düşdü – Ölənlər varŞimali Qafqaz Rusiyadan ayrıla bilər - Bu şərtlərləLavrov Bakıya hansı təkliflərlə gəlir? – ŞərhQida Təhlükəsizliyi Agentliyinin önəmi - EkspertErmənistan ordusu öz hərbi hissələrini bombaladı - VideoOrdu çevriliş üçün yola çıxdı: tanklar paytaxta doğuDünya belə məhv olur – Fizikdən şok faktlarBill Qeyts özünün "ağıllı" şəhərini inşa edəcəkİsrail bu ölkəni susuz qoymaqla hədələdiPentaqon qəribə açıqlamalar verir - QatilovAzərbaycanda bu sahədə maaşlar daha yüksəkdirhttps://www.youtube.com/watch?v=02jr3LEe8ssJirinovskidən şok: Rusiyada yeni türk dövləti yaranacaq - VideoSoçidə mətbuat konfransı: Putin bizə müjdə verdi - VideoƏrdoğan Rusiyaya "ordunu geri çək" deməklə... - ÇavuşoğluƏrdoğan açıqladı: Putinlə Qarabağı…İran Bakıya razılıq verdi, Ankaraya yoxPutin Ərdoğandan sonra separatçı liderlə görüşəcəkNazir şöbə rəisini işdən çıxardıMühüm dəyişiklik gəlir: nazirliklərin ləğvi və ya...İranda dəhşətli zəlzələ silahla törədilib? - EkoloqSərkisyan AŞ-də hərbi cinayətkar olduğunu dedi, amma...Bakıda polisə tabe olmayan sərxoş sürücü... - VideoAlimlərdən unikal tapıntı: Şərabın vətəni BorçalıdırBakı Tehrana yardım təklif etdi: Qurbanların sayı artırDəhşətli zəlzələnin başladığı an - VideoTelman İsmayılovun qardaşı da həbs edildiİsrail avropalı deputatları ölkəyə buraxmırKüveyt: Ərdoğanın mövcud şərtlərlə səfəri...Ukrayna Türkiyəyə sığınır: 2 milyonluq müqavilə...Dəmiryolu ilə yükdaşımaların həcmi niyə azdır?Ələkbərovdan neft proqnozu: 70 dollara...Sətəlcəm xəstəliyi niyə geniş yayılıb? – Təhlükə