DataLife Engine > Manşet / Siyasət > Trampla danışdım, o dedi ki... – Netanyahudan İrana mesaj

Trampla danışdım, o dedi ki... – Netanyahudan İrana mesaj


27-01-2017, 14:38. : Admin Trampla danışdım, o dedi ki... – Netanyahudan İrana mesaj
İran yəhudi dövləti üçün böyük təhlükə mənbəyidir.

Bunu İsraildəki xarici ölkə səfirləri qarşısında çıxışı zamanı Baş nazir Benyamin Netanyahu söyləyib. O, ABŞ Prezidenti Donald Trampın dövründə beynəlxalq ictimaiyyətin İrandan gələn təhdidlə bağlı susmayacağına inandığını bildirib:

“Yəhudi xalqına və yəhudi dövlətinə nifrət şərqdən gəlir. O, İrandan mənbəyini götürür. Onun mənbəyi birbaşa yəhudi dövlətinin məhv edilməsinə çağırışlar edən ayətullah rejimidir. İndi hər şey dəyişə bilər. Mən ümid edirəm ki, inanıram ki, bu dəyişəcək. Bir neçə gün əvvəl Prezident Trampla danışdım, o da İran aqressiyasından bəhs etdi. O, nüvə razılaşmasının mahiyyətindən və kəsb etdiyi təhlükədən danışdı”.

Qeyd edək ki, İsrail bundan öncə dəfələrlə ABŞ-ı İranla nüvə razılaşmasını ləğv etməyə çağırıb. Tel-Əvivin fikrincə, bu razılaşma İranın nüvə silahına çatmaq imkanlarını daha da artırır. Üstəlik, İran sanksiyaların ləğvi sayəsində gəlirlərini artırıb ki, bu da ona Yaxın Şərqdəki dayaqlarını gücləndirməyə şərait yaradıb.

İran islam inqilabından sonra rəsmən İsraili özünə düşmən elan edib. Tehran rəsmiləri artıq bir neçə dəfə İsraili yer üzündən siləcəklərini bəyan ediblər. Ölkənin ali dini lideri Ayətullah Əli Xamenei isə İsrailin 25 il ərzində məhv ediləcəyini iddia edir.
dle 10.5