DataLife Engine > Manşet / Siyasət > Türkiyədən Krım qadağası - Gözlənilməz qərar

Türkiyədən Krım qadağası - Gözlənilməz qərar


14-10-2017, 16:51. : Admin Türkiyədən Krım qadağası - Gözlənilməz qərar
Türkiyə Krımdan gələn gəmilərin ölkə limanlarına daxil olmasına qadağa qoyub.

Bu sözləri Türkiyə Ticarət və Birjalar Birliyinin adı çəkilməyən nümayəndəsi RİA-ya açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı bütün liman rəhbərliklərinə və dənizçilik təsisatlarına təlimat verilib.

Qərarın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfəri ilə əlaqəsinin olmadığı bildirilib.

Məlumata görə, Türkiyə hökuməti qeyri-qanuni yük daşımalarının qarşısını almaq üçün belə bir addım atıb.

Qeyd edək ki, Ərdoğan Ukraynaya səfəri zamanı Krımın Rusiyaya “məxsusluğunu” heç vaxt qəbul etməyəcəyini bildirmişdi.
dle 10.5