DataLife Engine > Manşet / Siyasət > Kraldan şok əməliyyat: Şahzadələr həbs edildi

Kraldan şok əməliyyat: Şahzadələr həbs edildi


6-11-2017, 09:30. : Admin Kraldan şok əməliyyat: Şahzadələr həbs edildi
Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əs-Səud ölkəyə ballistik raket hücumundan sonra hakimiyyətdə və silahlı qüvvələrin komandanlığında bir sıra dəyişikliklər edib.

Bu barədə “Röyter” informasiya yayıb.

Kralın qərarı ilə 10 şahzadə və 12 keçmiş nazir həbs edilib. Salman ibn Əbdüləziz əs-Səudun sərəncamı ilə həmçinin adı korrupsiya və rüşvətxorluqda hallanan məmurların araşdırılması, istintaqa cəlb olunması üçün xüsusi komissiya yaradılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səudun qarşıdakı 5 ay ərzində taxtı oğlu, vəliəhd şahzadə Məhəmməd ibn Salmana verməsi gözlənilir.
dle 10.5