DataLife Engine > Manşet / İdman > Azərbaycana vurulan qol ən yaxşılar siyahısında - Video

Azərbaycana vurulan qol ən yaxşılar siyahısında - Video


8-11-2017, 10:12. : Admin Azərbaycana vurulan qol ən yaxşılar siyahısında - Video
UEFA 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində vurulmuş 10 ən yaxşı qolun siyahısını açıqlayıb.

Report-un məlumatına görə, siyahıda Almaniya millisinin futbolçusu Əmrə Canın Azərbaycan yığmasının qapısından keçirdiyi top da yer alıb.

Bu, oktyabrın 8-də Kayzerslauterndəki son seçmə oyuna təsadüf edib. Bundestimin 5:1 hesablı qələbə qazandığı görüşdə türkəsilli yarımmüdafiəçi uzaq məsafədən zərbə ilə Kamran Ağayevi məyus edib.

Digər qollar isə bunlardır:

Sebastyan Rudi (Şimali İrlandiya - Almaniya - 1:3), Konstantinos Mitroğlu (Cəbəllütariq - Yunanıstan - 1:4), Markus Berq (İsveç - Hollandiya - 1:1), Qafurcan Suyumbayev (Danimarka - Qazaxıstan - 4:1), Aleşandre Martines (Andorra - İsveçrə - 1:2), Pavel Savitski (Belarus - Bolqarıstan - 2:1), Olivye Jiru (İsveç - Fransa - 2:1), Aksel Vitsel (Belçika - Cəbəllütariq - 9:0), Aleksandr Rinq (Finlandiya - İslandiya - 1:0).

DÇ-2018-də Avropanın 14 yığması mübarizə aparacaq. Təşkilatçı Rusiya ilə yanaşı, daha 9 vəsiqənin sahibi artıq məlumdur. Son 4 vəsiqənin taleyinə "play-off" oyunlarından sonra aydınlıq gələcək.

Dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda olacaq.

Qolların videolarına bu linkdə baxmaq olar:

[media=http://https://youtu.be/G8rZEW7hDW4] dle 10.5