DataLife Engine > Manşet / Sağlamlıq > Koreyada nüvə dəhşəti: mutasiyaya uğrayan körpələr...

Koreyada nüvə dəhşəti: mutasiyaya uğrayan körpələr...


8-11-2017, 10:15. : Admin Koreyada nüvə dəhşəti: mutasiyaya uğrayan körpələr...
Ardıcıl nüvə sınaqlarından sonra Şimali Koreyada doğulan körpələrdə xüsusi patalogiyalar aşkar edilməyə başlayıb.

Cənubi Koreyaya sığınan Çosun İlbo adlı miqrantın sözlərinə görə, şimaldakı xəstəxanalarda mutasiyaya uğramış körpələr doğulub.

Digər miqrantın dediyinə görə isə radiasiya insanların istifadə etdiyi su anbarlarına sızıb.

Bundan əlavə, 2010-cu ildə Şimali Koreyadan qaçan miqrant da 2 nüvə sınağı zamanı yaşadıqlarını belə nəql edib:

“2006 və 2009-cu illərdəki nüvə sınaqları zamanı yalnız hərbçilərin ailələri təxliyə edildi. Onlar yeraltı mədənlərə yerləşdirildi. Yerli sakinlərin isə bunlardan xəbəri yox idi”.
dle 10.5