DataLife Engine > Manşet / Hadisə > Yük maşını kafeyə girdi: 2 ölü, 5 yaralı

Yük maşını kafeyə girdi: 2 ölü, 5 yaralı


8-11-2017, 10:16. : Admin Yük maşını kafeyə girdi: 2 ölü, 5 yaralı
Türkiyənin Düzcə vilayətinin Kaynaşlı mahalında magistral yolla sürətlə irəliləyən kimyəvi maddə daşıyan yük avtomobili idarəetməni itirərək qəhvəxanaya girib.

2 nəfər hadisə yerindəcə ölüb, 5 nəfər isə ağır yaralanıb.

Belə ki, yük maşını qarşısına çıxan mikroavtobusu da bir neçə metr sürüyüb.

Düzce valisi Zülfiq Dağlının sözlərinə görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması, yaxud da maşının əyləc sisteminin anidən sıradan çıxması olub.

Faktla bağlı araşdırma aparılır.
dle 10.5