DataLife Engine > Manşet / Siyasət > Şahzadələr kütləvi şəkildə ölkədən qaçır

Şahzadələr kütləvi şəkildə ölkədən qaçır


9-11-2017, 09:59. : Admin Şahzadələr kütləvi şəkildə ölkədən qaçır
Səudiyyə Ərəbistanını çoxlu sayda şahzadə və biznesmen tərk edib.

Bu barədə “Arabi21.com” saytı yazıb. Sayt Səudiyyə Ərəbistanı kral ailəsinə 20-30 min şəxsin mənsub olduğunu və onların hazırda həbs edilmə qorxusu ilə yaşadığını bildirib:

“Çox sayda şahzadə ölkəni tərk edib. Ölkəni tərk edə bilməyənlərin sayı da kifayət qədər çoxdur”.

Qeyd edək ki, vəliəhdin təzyiqi ilə Kral Salman ibn Əbdüləziz əs-Səud 4 noyabrda 10 şahzadə və 12 keçmiş nazirin həbs olunmasıyla bağlı qərar verib. Daha sonra isə kral ailəsi üzvlərindən həbs edilənlərin sayı 30-a çatıb. Onlar korrupsiyada ittiham olunur.

Bundan öncə ərəb mətbuatı Məhəmməd bin Salmanın Ciddə şəhərindən özəl təyyarələrin uçuşuna qadağa qoyduğu haqqında informasiya yaymışdı. Mətbuat həmçinin həbs edilən şahzadələrin hesablarının dondurulduğunu da bildirmişdi.
dle 10.5