DataLife Engine > Manşet / Siyasət > Türkiyə siyasətini silkələyən partiyada ardıcıl istefalar

Türkiyə siyasətini silkələyən partiyada ardıcıl istefalar


9-11-2017, 10:00. : Admin Türkiyə siyasətini silkələyən partiyada ardıcıl istefalar
Türkiyə siyasətini bir anda silkələyən İYİ Partiyasında ardıcıl istefalar başlayıb.

Maral Akşənərin rəhbəri olduğu partiyada ardıcıl 2 istefa gerçəkləşib. Partiyanın Kocaeli bölgəsinin rəhbəri təyin edilən Haluk Ulusoy sağlamlığı ilə bağlı vəzifəsinə davam edə bilməyəcəyini və bu səbəbdən istefa verdiyini bəyan edib.

Digər istefa isə Təsisçilər Kabinetində yer alan keçmiş deputat Cövhər Cövhəridən gəlib. Onun istefa səbəbi kimi rəhbər heyəti arasında olmaması göstərilib və buna görə inciklik yaşadığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl keçmiş MHP-çı Maral Akşənər İYİ Partiyasını təsis edib.
dle 10.5