DataLife Engine > Manşet / Sağlamlıq > Sətəlcəm xəstəliyi niyə geniş yayılıb? – Təhlükə

Sətəlcəm xəstəliyi niyə geniş yayılıb? – Təhlükə


14-11-2017, 09:58. : Admin Sətəlcəm xəstəliyi niyə geniş yayılıb? – Təhlükə
Ölkədə pnevmoniya (sətəlcəm) xəstəliyi geniş yayılıb. Səbəb kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsidir.

Bu sözləri Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcova Respublika Klinik Xəstəxanasında Ümumdünya Sətəlcəm Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadınlar arasında pnevmoniyanın yayılması narahatedici səviyyədə deyil: “Azərbaycanda hər 100 min uşaqdan 6-da bronxit və ocaqlı pnevmoniyaya rast gəlinir. Regionlarda paytaxt Bakı ilə müqayisədə xəstəliyin yayılması geniş vüsət alıb. Kəskin pnevmoniya ilə xəstələnmə dünya üzrə əhalinin hər min nəfərinin 10-13-də, 50 yaşdan yuxarı hər 1000 nəfərinin 17-də müşahidə olunur”.

Professor bildirib ki, kəskin pnevmoniya uşaqlarda və ahıl insanlarda daha ağır formada keçir. Bu səbədən diqqətli olmaq lazımdır:

“Xəstələnmə və ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur. Bu da kişilərdə zərərli vərdişlərin üstünlük təşkil etməsi ilə əlaqədardır. Ölümə səbəb olan 4 xəstəlikdən biri də kəskin pnevmanyadır. Ürək-damar, onkoloji xəstəliklər və zədələrdən sonra kəskin pnevmaniya xəstəliyi də ölümlə nəticələnə bilər”.
dle 10.5