DataLife Engine > Manşet / Siyasət > Telman İsmayılovun qardaşı da həbs edildi

Telman İsmayılovun qardaşı da həbs edildi


14-11-2017, 10:19. : Admin Telman İsmayılovun qardaşı da həbs edildi
Moskvanın Basmannıy Rayon Məhkəməsi Telman İsmayılovun qardaşı Vaqif İsmayılov haqqında qiyabi həbs qərarı çıxarıb.

Bu barədə informasiyanı TASS agentliyi yayıb. Vaqif İsmayılov qətldə və qanunsuz silah saxlanılmasında ittiham olunub. O, beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, bundan öncə Telman İsmayılov 2 nəfərin ölümündə təqsirkar bilinərək, barəsində qiyabi həbs qərarı çıxarılmış və beynəlxalq axtarışa verilmişdi.

Vaqif İsmayılov Rusiya Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı olub.
dle 10.5