DataLife Engine > Manşet / Hadisə > Bakı Tehrana yardım təklif etdi: Qurbanların sayı artır

Bakı Tehrana yardım təklif etdi: Qurbanların sayı artır


14-11-2017, 10:21. : Admin Bakı Tehrana yardım təklif etdi: Qurbanların sayı artır
Kirmanşah vilayətinin Tibbi Ekspertiza İdarəsinin rəisi Artin Kəmali ölənlərin sayının 328-ə çatdığını bildirib.

Dünyasını dəyişənlərin şəhərlər üzrə statistikası da açıqlanıb.

Kirmanşahda - 10 nəfər

Sərpolzahabda - 236 nəfər

İslamabadda - 22

Səgas Babacanda - 15

Kərəndqərbdə - 14

Qəsri Şirində - 28

Cavanrudda - 3 nəfər

Bölgədə dağıntılar altında qalanları xilas etmək məqsədi ilə digər vilayətlərdən qüvvələr və texnikalar gətirilib. Ərdəbil, Şərqi və Qərbi Azərbaycan, Zəncan və Həmədan vilayətlərindən də bölgəyə çox sayda xilasedici qüvvə və təchizatlar göndərilib.

Qeyd edək ki, ötən gün İraq-İran sərhədində 7,2 bal gücündə olan zəlzələ böyük dağıntılara və tələfata səbəb olub. Kirmanşah əlayətində 3 günlük matəm elan edilib.

***

Artin Kəmali ölənlərin sayının 372-ə çatdığını bildirib. Yaralıların sayı isə 6000 nəfəri keçib.

Onun sözlərinə görə, səhər saatlarından 3 təyyarə və helikopterlərlə ağır yaralılar Tehrana daşınır.

18:51

Ölənlərin sayı 407-ə, yaralıların sayı isə 6700-ə yüksəlib.

21:10

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 450–yə çatıb, yaralıların sayı isə 7 minə yaxındır.

Axar.az xəbər verir ki, bu barədə xəbər verən Press TV kanalı bildirib. Dağıntılar altından cəsədlərin çıxarılması davam edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya, Türkiyə, Pakistan, Almaniya və başqa dövlətlər zəlzələ bölgəsinə yardım göndərmək istəklərini bildirərək İran hökumətinə müraciət ediblər.
dle 10.5