DataLife Engine > Manşet > Alimlərdən unikal tapıntı: Şərabın vətəni Borçalıdır

Alimlərdən unikal tapıntı: Şərabın vətəni Borçalıdır


14-11-2017, 10:22. : Admin Alimlərdən unikal tapıntı: Şərabın vətəni Borçalıdır
Antik gil qabların kimyəvi analizi zamanı məlum olub ki, Gürcüstanda yaşayan qədim əhali hələ 8 min il öncə şərabın istehsalı ilə məşğul olub.

Axar.az PNAS jurnalına istinadən xəbər verir ki, şərabçılığın yaranması İran və Avrasiya regionuna nisbətən Cənubi Qafqazda daha min il öncəyə təsadüf edir.

“Hazırda mövcud olan 10 min növ üzüm növü Avrasiya regionunda çox uzun müddət ərzində yayılmışdır. Bu gün şərabların hazırlanmasında xüsusi rolu olan həmin üzüm sortlarının 99.9 faizinin məhz Cənubi Qafqazda meydana gəldiyi bəlli olub”, - deyə Kanadadan olan Toronto universitetinin alimi Stiven Batiuk bildirib.

Məşhur gürcü arxeoloqu və antropoloqu David Lordkipanidzenin rəhbərliyi ilə çalışan Batiyuk və həmkarları bildirib ki, əslində şərab istehsalı İran ərazisində yox məhv Cənubi Qafqazda, daha dəqiq desək, Gürcüstanın Qadaçrili dağının ətrafında və Marneuli (Azərbaycanlıların kompakt yaşadığı şəhər) bölgəsində yaranıb.

Təxminən 7-8 mil il öncə Yaxın Şərqdən köç edən ilk fermerlər burada məskən salır və daha sonra bütün Asiya və Avropada onların yaşayış məntəqələri yaranır.

Qeyd edək ki, ötən 50 il ərazində SSRİ arxeoloqları Gürcüstan ərazisində şərabçılığa dair xeyli maddi mədəniyyət nümunələri tapmağa müvəffəq olublar.
dle 10.5