DataLife Engine > Manşet / Siyasət > Putin Ərdoğandan sonra separatçı liderlə görüşəcək

Putin Ərdoğandan sonra separatçı liderlə görüşəcək


14-11-2017, 10:29. : Admin Putin Ərdoğandan sonra separatçı liderlə görüşəcək
Rusiya Prezidenti Vladimir Putin noyabrın 14-də qondarma Cənubi Osetiya lideri Anatoli Bibilovla görüşəcək.

Bu barədə informasiyanı Kremlin mətbuat xidməti yayıb. Görüşün Moskvada olacağı bildirilib.

Qeyd edək ki, Cənubi Osetiya Gürcüstanın tərkib hissəsidir. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Moskva onun müstəqilliyini tanıyıb. Rusiya həmçinin Cənubi Osetiya ərazisində öz hərbi bazasını yerləşdirib.
dle 10.5