DataLife Engine > Manşet / Siyasət > İran Bakıya razılıq verdi, Ankaraya yox

İran Bakıya razılıq verdi, Ankaraya yox


14-11-2017, 10:30. : Admin İran Bakıya razılıq verdi, Ankaraya yox
Tehran və Aşqabad arasında türkmən qazının svop sxem üzrə ixracı barədə danışıqlar davam edir.

Bunu jurnalistlərə açıqlamasında İran Milli Qaz Şirkətinin rəhbəri Həmid Rza Araki söyləyib. Onun sözlərinə görə, tərəflər türkmən qazının İraq, Türkiyə, Azərbaycan və Ermənistana svop sxem üzrə tədarükünü müzakirə ediblər:

“İran yekun olaraq svop sxem üzrə türkmən qazının İraq və Türkiyəyə tədarükündən imtina edib. Azərbaycan və Ermənistana isə bu sxem üzrə tədarükdə heç bir problem yoxdur”.

Qeyd edək ki, svop tədarük əvəzetmə sxemi əsasında gerçəkləşdirilən tədarükdür. Bu sxemə əsasən ölkələr arasında məhsulun birbaşa daşıma imkanları olmayanda əvəzetmə sxemindən istifadə edilir.
dle 10.5