DataLife Engine > Manşet / İdman > Bu ölkə DÇ-yə vəsiqə qazanmadığı üçün 1 milyard itirdi

Bu ölkə DÇ-yə vəsiqə qazanmadığı üçün 1 milyard itirdi


16-11-2017, 16:05. : Admin Bu ölkə DÇ-yə vəsiqə qazanmadığı üçün 1 milyard itirdi
İtaliyanın Milli Olimpiya Komitəsinin keçmiş prezidenti Franko Karraro bəyan edib ki, futbol üzrə yığma komandanın 2018-ci il Dünya Çempionatına vəsiqə qazanmadığına görə ölkə iqtisadiyyatı 1 milyard avroyadək ziyana düşəcək.

F.Karraro zərərin ən azı 500-600 milyon avroya bərabər olacağını bildirib. O deyib: “Birbaşa və yaxud dolayısı itkilərdən söhbət getdiyini başa düşməliyik. Dolayısı itkilər ehtimal ki, milyard avronu ötəcək. Bəli, yəqin ki, belə olacaq”.

İtalyanlar pley-off mərhələsində isveçlilərə məğlub olduğundan (0:1, 0:0), tarixdə ikinci dəfə, 1958-ci ildən indiyədək isə ilk dəfə Dünya Çempionatında iştirakdan məhrum olublar.
dle 10.5