DataLife Engine > Manşet / Siyasət > Ərdoğan yenə Putinlə görüşə gedir

Ərdoğan yenə Putinlə görüşə gedir


16-11-2017, 16:15. : Admin Ərdoğan yenə Putinlə görüşə gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 22-si Rusiyaya səfər edəcək.

Bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.

Məlumata görə, İran dövlət başçısı Həsən Ruhaninin də qatılacağı görüşdə Suriya böhranı müzakirə ediləcək.

Qeyd edək ki, Ərdoğan və Putin noyabrın 13-ü Rusiyanın Soçi şəhərində görüşüblər.
dle 10.5