DataLife Engine > Manşet / Hadisə > Azərbaycanda meşə massivi yandı

Azərbaycanda meşə massivi yandı


20-11-2017, 18:19. : Admin Azərbaycanda meşə massivi yandı
Şərqi Azərbaycanın Kəleybər şəhərində Deyvəri dağının meşə massivi yanıb.

Bazar günü axşam saatlarından başlayan yanğın böyük bir ərazini əhatə edib. Güclü külək səbəbindən yanğının qarşısını almaq çətinləşib.

Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Agentliyinin İnformasiya Şurasının katibi Davud Qasımzadə yanğının bu gecə saat 3 radələrində söndürüldüyünü və insan tələfatının olmadığını deyib.
dle 10.5