DataLife Engine > Manşet / Siyasət > Bakının nefti yaxşıdır, özü isə pis? – Efreym Sneh

Bakının nefti yaxşıdır, özü isə pis? – Efreym Sneh


20-11-2017, 18:20. : Admin Bakının nefti yaxşıdır, özü isə pis? – Efreym Sneh
Dünyada Qarabağ probleminin həlli ilə bağlı “ikili standart” var. Dövlətlərin ərazi bütövlüyünün pozulmasına göstərilən münasibət Azərbaycana qarşı dəyişir. Onlar bunu “xalqların öz müqəddəratını həll etmə hüququ” adlandırırlar.

Bu sözləri Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı beynəlxalq forumdakı çıxışında İsrailli siyasətçi, fizik, keçmiş nəqliyyat və səhiyyə naziri, eks-deputat, istefada olan briqada generalı, müdafiə nazirinin keçmiş müavini, Netanya Akademiyasının Strateji Dialoq Mərkəzinin rəhbəri Efreym Sneh deyib. O bildirib ki, məgər hərbi təcavüzlə “öz müqəddaratını həll etmə” mümkündürmü?

“Bu absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də biveclik və riyakarlıqdır. 25 ildir insanlar əziyyət çəkirlər, onlar öz evlərinə qayıtmalıdırlar. Mən anlaya bilmirəm: Azərbaycanın qazı və nefti yaxşıdır, özü isə pis? Aydın görünür ki, bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar”.

Generalın sözlərinə görə, Qarabağ problem ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın:

“Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına önəm verməsindən sui-istifadə olunmamalıdır”.
dle 10.5