DataLife Engine > Manşet / Siyasət > İrəvanı Bakının zərbəsindən bu silahlar qoruyur - Şevçenko

İrəvanı Bakının zərbəsindən bu silahlar qoruyur - Şevçenko


25-11-2017, 09:52. : Admin İrəvanı Bakının zərbəsindən bu silahlar qoruyur - Şevçenko
Dağlıq Qarabağ konfliktində tarixi ədalət Azərbaycanın tərəfindədir. Rusiya gərək bu situasiyada özünü aktiv aparsın və Bakını müdafiə etsin.

Bunu Qarabağla bağlı Rusiyada keçirilən dəyirmi masada çıxışı zamanı rusiyalı politoloq Maksim Şevçenko söyləyib.

“Biz bu konflikt nəticəsində öz torpaqlarından qovulan insanları unutmamalıyıq. Onların öz yurdlarına geri dönüşü məsələsini sərt şəkildə tələb etməliyik. Bunsuz həll variantı mümkün deyil. ABŞ və Avropa Birliyi bu konflikti həll etmək istəmirlər. Bunu yalnız Tehran-Moskva-Ankara dialoqu çərçivəsində həll etmək mümkündür.

Qarabağ konfliktinin eskalasiyası nə İrəvana, nə də Bakıya lazımdır. Müharibə başlayacağı halda dəymiş zərər o qədər böyük olacaq ki, bundan sonrakı qarşıdurma bütün əhəmiyyətini itirəcək. Ermənistan üçün bu savaşda əsas təhdid Metsamor atom elektrik stansiyasıdır. Rusiya S-400-ləri məhz bu stansiyanı qoruyur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafında situasiyanı Rusiya tam nəzarət altında saxlayır:

“Rusiya bu zonadakı vəziyyəti tam nəzarəti altında saxlayır. Gələcəkdə Rusiya üzərinə humanitar funksiyanı da götürə bilər. Qarabağ konflikti bu gün Rusiya, İran və Türkiyəni yaxınlaşdıra bilər. Konfliktin saxlanılmasında yeganə maraqlı tərəf ABŞ-dır. O, konflikti gərgin vəziyyətdə saxlamaqla Rusiyanı bölgədən uzaqlaşdırmağı, İran və Türkiyənin Cənubi Qafqaza təsirini zəiflətmək istəyir. Qafqazı onların nəzarəti altına vermək haqqımız yoxdur. Nəzarəti hər şeyə rəğmən saxlamalıyıq. Amerikalıları buradan qovmaq lazımdır”.
dle 10.5