DataLife Engine > Manşet / Siyasət > Ərdoğan Putin və Ruhaniyə söz verdi – Şok iddia

Ərdoğan Putin və Ruhaniyə söz verdi – Şok iddia


25-11-2017, 09:54. : Admin Ərdoğan Putin və Ruhaniyə söz verdi – Şok iddia
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə məsləhətləşmədən YPG-ə hücum etməyəcəyinə dair Rusiya və İrana söz verib.

Bu barədə “Tayms” informasiya yayıb.

“Cənab Ərdoğan türk ordusunun rəsmi Dəməşqlə məşləhətləşmədən Suriyada kürd qüvvələrinə hücum etməyəcəyinə söz verib. Soçidə baş tutan Türkiyə, İran, Rusiya üçtərəfli görüşü ilə Əsədin mövqeyini artırmaq və ölkəsinin sərhədlərinə nəzarət edə biləcəyini nümayiş etdirmək istəyirlər. Görünür, cənab Putin də Bəşər Əsəddən sülh danışıqlarında konstruktiv formada iştirak etmək sözü alıb. Bu isə Suriyanın şimalındakı müxalif qruplarla dialoqa girməyin qəbul edilməsi anlamına gəlir”, - yazıda qeyd olunub.
dle 10.5