DataLife Engine > Manşet / Hadisə > Batumidə oteldə yanğın: 11 ölü, 21 yaralı

Batumidə oteldə yanğın: 11 ölü, 21 yaralı


25-11-2017, 09:56. : Admin Batumidə oteldə yanğın: 11 ölü, 21 yaralı
Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” otelində güclü yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda oteldən insanlar təxliyə olunur.

Batumidə “Leogrand” hotelindəki yanğında 4 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

Xəstəxanaya çatdırılan şəxslərin arasında xarici vətəndaşlar da var. Hələlik onların hansı ölkə vətəndaşları olduqları məlum deyil.

Hadisə yerində olan Batumi şəhərinin meri Laşa Komaxidze deyib ki, hoteldən təxliyə olunmuş insanlar digər hotellərə yerləşdirilir. Onun sözlərinə görə, yanğın zamanı ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilir.


Batumidəki "Leogrand" hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb.
dle 10.5