DataLife Engine > Manşet / Siyasət > Tramp siyasəti: nə vəd edirdi, nə etdi... – Şərh

Tramp siyasəti: nə vəd edirdi, nə etdi... – Şərh


25-11-2017, 09:59. : Admin Tramp siyasəti: nə vəd edirdi, nə etdi... – Şərh
Suriya müharibəsində Rusiya və İran (o cümlədən Əsəd) qalib gəlsə də, hazırda bu ölkənin enerji və su ehtiyatlarının olduğu ərazilərinin önəmli hissəsi kürdlərin və ABŞ-ın nəzarətindədir.

Bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Tramp iqtidara gələndə ABŞ-ın regonda 40 min əsgəri var idisə, indi 54 mindir.

"Tramp əvvəlki ABŞ prezidentlərinin Yaxın Şərqə müdaxilə etməməli olduqlarını bildirir. O, bunu hansı kontekstdən deyir, indiki situasiyaya münasibəti necədir, məlum olmur, amma fakt bundan ibarətdir ki, Tramp hakimiyyətə gələndən sonra Suriya, Qətər, Türkiyə, İraq, Bəhreyn, BƏƏ və Küveytdəki ABŞ hərbi kontingentlərinin say tərkibi artırılıb. Suriyada kiçik ABŞ bazalarının sayı da çoxalıb. Kürd qruplaşması PYD/YPG ciddi şəkildə silahlandırılıb. Üstəlik, Pentaqon da İŞİD-in məğlub edilməsinə baxmayaraq, hələ ki, Suriyadan çıxmaq fikirləri olmadığını bəyan edib”.

Politoloqun sözlərinə görə, ABŞ-ın bölgəyə müdaxiləsi Obama dövrü ilə müqayisədə azalmayıb, əksinə, artıb.
dle 10.5