DataLife Engine > Manşet > Yeni ili harada qeyd etmək sərfəlidir? – Qiymətlər

Yeni ili harada qeyd etmək sərfəlidir? – Qiymətlər


25-11-2017, 10:01. : Admin Yeni ili harada qeyd etmək sərfəlidir? – Qiymətlər
Yeni il bayramı xristian ölkələrində hər zaman daha coşqu və yüksək səviyyədə qeyd edilib. Məhz bu səbəbdəndir ki, səyahətsevərlər bu bayramı qeyd etmək üçün daha çox xristian ölkələrinə üstünlük verirlər. Elə ölkələrdə atmosfer başqa, mühit fərqli, bayram ab-havası yüksək olur.

Bəs bir azərbaycanlı üçün Yeni il bayramını xaricdə qeyd etmək neçəyə başa gəlir?

Moskvaya 5 günlük Yeni il turu 370 dollardır. Bu qiymətə gediş-gəliş, oteldə gecələmək, 3 dəfə yemək və Yeni il əyləncəsi daxildir.

Sankt-Peterburqa Yeni il bayramı ərəfəsində 1 həftəlik səfər 330 dollardır. Bu qiymətə gediş-gəliş, oteldə qalmaq və 3 dəfə yemək daxildir. İstəsəniz, oteldə təşkil edilən Yeni iş şənliyində iştirak edə bilərsiniz.

Tiflisdə isə 4 gün Yeni il bayramını yaşamaq 285 dollaradır. Pula gediş-gəliş, oteldə qalmaq və ancaq səhər yeməyi daxildir. Tiflisə qatar və ya avtobusla daha ucuz qiymətə gedib, münasib qiymətə oteldə yerləşib, doyunca gəzib bayram qeyd etmək də mümkündür ki, bunun üçün iki nəfərlik ailədən 400 manatdan artıq pul tələb edilmir. Bu qiymətə 4 gün Tiflisdə şəhərin mərkəzində yerləşən istənilən restoranda Yeni ilinizi də qeyd edə bilərsiniz.

Xatırladaq ki, Tiflis restoranlarında Yeni il bayarmanda şam yeməyi adi günlərdəki qiymətə olur və istədiyiniz menyunu ucuz qiymətə sifariş verə bilərsiniz.

Kiyevdə isə Yeni il bayramını qeyd etmək 265 dollaradır. Bu qiymətə gediş-gəliş, oteldə yerləşmə və 3 dəfə yemək daxildir.

Xristian ölkələri ilə yanaşı, bir çox başqa ölkələrdə də Yeni il bayramı yüksək səviyyədə keçirilir. Məsələn, Dubayda bu bayramı qeyd etmək 550 dollaradır. Qiymətlərə gediş-gəliş, oteldə gecələmək, gün ərzində 3 dəfə yemək daxildir.

Misirin kurort zonası olan Şarm əş-Şeyxə bir həftəlik tur isə 400 dollardır. Bir həftədə uçuş, gündə 5 dəfə yemək, limitsiz içki, şou proqramlar, diskoteka 400 dollara daxildir.
dle 10.5