DataLife Engine > Manşet > 80 yaşlı qadın 300 milyonluq şirkəti idarə edir - Foto

80 yaşlı qadın 300 milyonluq şirkəti idarə edir - Foto


27-11-2017, 08:57. : Admin 80 yaşlı qadın 300 milyonluq şirkəti idarə edir - Foto
Türkiyənin Dənizli şəhərinə 1970-ci ildə köçən Akça ailəsinin nəqliyyat işi daha sonra biznesə çevrilib və 80 yaşlı Nəslihan Akçanın 300 milyon türk lirəsi (130 milyon AZN) gəliri olan, 1000 nəfərlik işçidən ibarət biznesi idarə etməsilə nəticələnib.

Abdulla və Nəslihan cütlüyü əkdikləri tərəvəzləri bazarda satıb və yükdaşıma işini həyata keçirərək ailəni dolandırmağa çalışıblar. 8 övladı ilə Dənizliyə köçən Akça ailəsi kirəmit fabrikləri üçün də yük daşımağa başlayıb. Abdulla Akçanın nəqliyyat qəzasından sonra həbsə girməsi evin xanımının sürücülük vəsiqəsi almasına və işləri davam etdirməsinə səbəb olub. Daha sonra kirəmit istehsalı, qazma işləri görən şirkət quran Nəslihan Akça Abdulla Akçanın 50 yaşı olarkən səhhətində yaranan problem səbəbilə işləri yenidən ələ alıb. Dənizliyə gəldiyi gündən bəri milli geyimindən imtina etməyən Nəslihan Akça hazırda beton, asfalt, inşaat, media sahəsində bir çox şirkətin sahibidir. Ötən il həyat yoldaşını itirəndən sonra xəstələnən xanım Akça son olaraq 12 milyon avro yatırımla alınan 125 yük maşınının təhvil mərasimində iştirak edib.

Xəstəliyi səbəbilə danışmaqda və yeriməkdə çətinlik çəkən Nəslihan Akça "İllər əvvəl çörək almağa belə pulumuz yox idi. Tarladan yığdıqlarımızı satıb pul qazanırdıq. Dənizliyə gələndə sadəcə 1 maşınımız var idi. Artıq sahib olduğumuz maşın sayını unutmuşam. Həyat yoldaşım xəstələndiyi üçün işləri mən təhvil aldım, amma heç kim mənimlə işləmək istəmirdi. Zaman keçdikcə bazarda özümə yer etməyə, pul qazanmağa başladım. Övladlarımla çalışaraq bu günlərə gəldik" deyib.

Akça ailəsinin ən böyük qız övladı olan Səmra Akça Acar ata və anasının çalışaraq 300 milyon türk lirəsi gəliri olan min nəfərdən ibarət biznesi onlara dövr etdiklərini və bu işi böyütmək məsuliyyətləri olduğunu deyib. O, bölgədə "Xanım ağa" ləqəbi ilə tanınan anasının qadın olduğu üçün əvvəlcə bu sahədə qəbul edilmədiyini, lakin mübarizə nəticəsində Nəslihan Akçanın söz sahibi birinə çevrilməsini xüsusilə vurğulayıb.

80 yaşlı qadın 300 milyonluq şirkəti idarə edir - Foto
80 yaşlı qadın 300 milyonluq şirkəti idarə edir - Foto
dle 10.5