DataLife Engine > Manşet / Siyasət > İslamabad qarışdı: Ordu paytaxta yeridildi

İslamabad qarışdı: Ordu paytaxta yeridildi


27-11-2017, 09:00. : Admin İslamabad qarışdı: Ordu paytaxta yeridildi
Pakistan Daxili İşlər Nazirliyi seçki ilə bağlı qanun dəyişikliyinə etiraz edən "Ləbbeyk, ya Rəsulallah" Hərəkatının üzvlərinə qarşı ordunu köməyə çağırıb.

Bu barədə yerli telekanallar informasiya yayıb.

Nazirlik ordunun təxminən 2 həftədir paytaxt İslamabadda əsas yolları bağlayan etirazçılara müdaxilə etməsinə qərar verib.

Qeyd edək ki, ölkədə gərginlik millət vəkilliyinə namizədlərin imzaladığı mətndə “And içirəm ki, Hz.Məhəmməd son peyğəmbərdir” ifadəsinin “İnanıram ki, Hz.Məhəmməd son peyğəmbərdir” ifadəsi ilə əvəz edilməsindən sonra yaranıb.
dle 10.5