DataLife Engine > Manşet / Siyasət > Ərdoğanın oğlu İtaliyada həbs edildi? - Foto

Ərdoğanın oğlu İtaliyada həbs edildi? - Foto


27-11-2017, 09:05. : Admin Ərdoğanın oğlu İtaliyada həbs edildi? - Foto
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Əhməd Burak Ərdoğanın İtaliyada həbs edilməsi barədə yayılan xəbərə vəkili sərt reaksiya verib.

Müvəkkilinin həbsi barədə Tvitterdə paylaşılan informasiyanı yalanlayan vəkil Əhməd Özəl rəsmi açıqlama yayıb.

Açıqlamasında bildirib ki, bu gün axşam saatlarından bir qism Tvitter istifadəçisi müvəkkilim Əhməd Burak Ərdoğanın İtaliyada saxlanıldığı barədə məlumat paylaşıb.

“Bu məlumat yalandır və bəlli niyyətə xidmət etmək üçün qəsdən yayılıb. Bu yalan və yanlış xəbərin hansı kirli əllərin əməli olduğu aşkardır. Bu yalan məlumatla gündəmi dəyişməyə çalışan kirli birliklərlə hüquqi mücadiləmiz davam edəcək”, - vəkil qeyd edib.

Ərdoğanın oğlu İtaliyada həbs edildi? - Foto
dle 10.5