DataLife Engine > Manşet > İlham Əliyev Ağcabədidə açılışlar etdi - Foto

İlham Əliyev Ağcabədidə açılışlar etdi - Foto


28-11-2017, 15:33. : Admin İlham Əliyev Ağcabədidə açılışlar etdi - Foto
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfər edib.

Səfər çərçivəsində prezident Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısı muzeydə yaradılan şəraitlə tanış olub.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi–uşaq bağçasının açılışında iştirak edib.

Azərbaycan Prezidenti körpələr evi–uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Üçmərtəbəli bu yeni uşaq tərbiyə müəssisəsi 100 yerlikdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı otaqlar bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımi inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli imkanlar yaradılıb. Məşğələ otaqlarında uşaqlar ilkin yazı, rəsm və oxu vərdişlərinə yiyələnəcəklər. Körpələr evi-uşaq bağçasında iki kompüter otağı fəaliyyət göstərəcək. Balacaların qidalanması və istirahəti üçün də burada gözəl şərait yaradılıb. Bina bütün zəruri sosial infrastrukturla tam təchiz edilib. Burada təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə kameraları da quraşdırılıb. Körpələr evi-uşaq bağçasının həyətində balacalar üçün maraqlı attraksionlar quraşdırılıb, yaşıllıq zolağı salınıb.

İlham Əliyev Ağcabədidə açılışlar etdi - Foto
İlham Əliyev Ağcabədidə açılışlar etdi - Foto
İlham Əliyev Ağcabədidə açılışlar etdi - Foto
dle 10.5