DataLife Engine > Manşet / Siyasət > Yəhudi deputatdan Ərdoğanla bağlı çağırış

Yəhudi deputatdan Ərdoğanla bağlı çağırış


14-12-2017, 09:24. : Admin Yəhudi deputatdan Ərdoğanla bağlı çağırış
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı açıqlamasından sonra Baş nazir Benyamin Netanyahu diplomatik əlaqələri aşağı səviyyəyə endirməlidir.

Bu sözləri israilli parlamentari Kseniya Svetlova deyib.

“Cənab baş nazir və xarici işlər naziri, sizə müraciət edirəm: Türkiyə ilə diplomatik əlaqələrin səviyyəsinin endirilməsi və Türkiyə prezidentinin İsraillə bağlı bəyanatlarına cavab olaraq digər diplomatik tədbirlərin mümkünlüyünü nəzərdən keçirməyinizi xahiş edirəm”, - deputatın bəyanatında bildirilib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds Zirvəsində çıxış edən Rəcəb Tayyib Ərdoğan İsraili Fələstində yürütdüyü antidemokratik və zorakı fəaliyyətinə görə terror dövləti adlandırıb.
dle 10.5