DataLife Engine > Manşet / Siyasət > Ərdoğan: Trampın qərarını qəbul etməyən hər kəsə... - Video

Ərdoğan: Trampın qərarını qəbul etməyən hər kəsə... - Video


14-12-2017, 09:29. : Admin Ərdoğan: Trampın qərarını qəbul etməyən hər kəsə... - Video
Bu gün burada islamın ilk qibləsi və Əl Əqsanın şəhəri Qüdsümüzün tarixi statusuna edilən təcavüzü müzakirə etmək için toplaşmışıq. Uzun sözə gərək yoxdur. Qüdsdə, bu qədim şəhərin küçələrində bir neçə dəqiqə dolaşan hər kəs oranın işğal altında olduğunu anlayacaqdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds Zirvəsindəki nitqi zamanı deyib.

“Onsuz da işğal altında olan bu şəhər barədə verilən belə bir qərarın heç bir hökmü ola bilməz. ABŞ-ın veto səlahiyyətinə sahib olduğu BMT Təhlükəsizlik Şurasının 1980-ci ildə qəbul etdiyi qərara əsasən, heç bir ölkənin Qüdsdə səfirliyi ola bilməz. ABŞ-ın bu hüquqsuz qərarına sadəcə Qüdsü işğalda saxlayan İsrail dəstək vermişdir. Bu qeyri-qanuni qərarı qəbul etməyən bütün ölkələrə təşəkkürümüzü bildiririk”, - Ərdoğan deyib.

Ərdoğan bildirib ki, beynəlxalq hüquqa və ədalətə sahib çıxan bütün ölkələri Qüdsü Fələstinin işğal altında olan paytaxtı kimi tanımağa dəvət edirəm:

“İslam ölkələri olaraq paytaxtı Qüds olan suveren və müstəqil Fələstin dövləti tələbindən heç vaxt imtina etməyəcəyik. İşğalı davam etdirən tərəf qəbul edildiyi halda sülh istəyən tərəfin tanınmamasının heç bir qəbul ediləcək tərəfi yoxdur. ABŞ-ın bu qərarından sonra sülh prosesi başqa cür saxlana bilməz. Fələstinin beynəlxalq sazişlərə daxil olma prosesi sürətləndirilməlidir. Məsuliyyət sahibi olan hər kəsin maddi və mənəvi bütün imkanlarını istifadə etməsini istəyirik”.

İsraili dövlət olaraq tanımıram.

Bunu İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitində çıxışı zamanı Fələstin lideri Mahmud Abbas söyləyib.

“İsrailə buradan meydan oxuyuram. Bir dövlətin tanınması üçün onun sərhədləri olmalıdır. İsrailin sərhədləri yoxdur. Biz İsrail dövlətini buna görə tanımırıq”, – deyə o bildirib.

İslam Əməkdaşlıq Təşkilatının Qüds Zirvəsində iştirak edən ölkə liderlərinin siyahısı açıqlanıb.

Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Yəmən Prezidenti Mənsur Hadi, Küveyt əmiri Şeyx Sabah, Oman kralının xüsusi təmsilçisi Seyid Əsəd ibn Tariq əl-Səid, Qətər Əmiri Şeyx Təmim, Fələstin Prezidenti Mahmud Abbas, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akınçı, İran Prezidenti Həsən Ruhani, Bruney kralı Həsən əl-Bolkiax, Cibuti Baş naziri Əbdülqadir Kamil Məhəmməd, Qazaxıstan məclis sədri Qasım Comərd Tokayev, Pakistan Baş naziri Şahid Hakan Abbasi, Liviya Nazirlər Şurasının sədri Fayez Sərraq, İndoneziya Prezidenti Coko Vidodo, Əfqanıstan Prezidenti Əşrəf Qəni, İordaniya kralı Abdullah, Özbəkistan senat sədri Nemətulla Yuldaşev, Malaziyanın Baş naziri Nəcib Rəzzaq, Sudan Prezidenti Ömər əl-Bəşir, Qvineya Prezidenti Alfa Konde, Livan Prezidenti Mişel Aun, Qəmər adaları lideri Azali əs-Sumani iştirak edir.

Zirvədə yalnız Səudiyyə Ərəbistanının rəhbərliyindən heç kəsin olmadığı aydınlaşıb (Nazir müavini səviyyəsində təmsil olunur).

Əvəzində başqa bir toplantıda iştirak etmək üçün İstanbula gələn Venesuela Prezidenti Nikolas Maduro Zirvəyə gözlənilmədən qonaq qismində qatılıb.
dle 10.5