DataLife Engine > Manşet / Sağlamlıq > Həkimdən xəbərdarlıq: bayram vaxtı bunları almayın

Həkimdən xəbərdarlıq: bayram vaxtı bunları almayın


27-12-2017, 12:19. : Admin Həkimdən xəbərdarlıq: bayram vaxtı bunları almayın
Yeni ilin yaxınlaşması ilə əlaqadər olaraq, içi şirniyyatlarla dolu olan hazır hədiyyə paketlərinə tələbat artıb. Uşaqlar üçün nəzərdə tutulan və mənşəyi bilinməyən müxtəlif qida maddələrinin toplandığı bu hədiyyə qutuları uşaqların sağlamlığı üçün təhlükəli sayılır. Ölkənin tanınmış pediatrları belə hədiyyə qutularının təhlükəli olması haqqında valideynləri xəbərdar edib.

Bayramqabağı valideynlərin ehtiyatlı olmasını lazım olduğunu qeyd edən pediatr Günay Rəsulova bu hədiyyə qutularının zəhərli olduğunu vurğulayıb. O bildirib ki, bu hədiyyələr zərərli olmaqla yanaşı, həm də baha qiymətə satılır:

“Üstü bəzək, içi təzək, üstəlik, od qiymətinə olan bu hədiyyə qutularını açırsan, içində vafli, yumurta şokolad, kekslər, sovurma konfetlər, süni şirələr olur. Bu qidalar uşaq qida rasionunda qətiyyən yer almamalıdır. Bu hədiyyələrlə həm uşaqlara, həm öz cibinizə zərər verməyin. Bayramlar gözəldir, uşaqlar bayramlarda sevindirilməlidir, əyləndirilməlidir, lakin ən önəmli şey onların sağlığıdır ki, bunu qətiyyən unutmamalıyıq. Belə hədiyyələrin əvəzinə, daha sağlıqlı üsullarla bayram sevincini yaşamaq olar. Misal üçün, boş hədiyyə paketini alıb, içinə hər hansı bir oyuncaq qoyub, uşağı sevindirə bilərsiniz”.

Pediatr Vaqif Qarayev isə qeyd edib ki, bayram ərəfəsində müxtəlif allergik və mədə-bağırsaq pozğunluqları olan uşaqları qorumaq lazımdır:

“Marketdən alınan içkilərə, müxtəlif şirniyyatlara və digər ucuz bayram hədiyyələrinə aldanmayın. Onların heç bir faydası yoxdur. Əgər uşaqda problem yaradacaq allergeni dəqiq bilirsinizsə, onu verməmək məsləhətdir. Uşaqları astmatik və yalançı inaq tutmasından, mədə-bağırsaq pozğunluqlarından qorumaq üçün süfrədə olan sitruslar, bal, yumurta, qoz-fındıq, aş, yağlı qoyun ətindən hazırlanmış dolma kimi allegenlərə qarşı diqqətli olmaq lazımdır”
dle 10.5