DataLife Engine > Manşet / Siyasət > Türk ordusundan PKK-ya ağır zərbə - Əməliyyat

Türk ordusundan PKK-ya ağır zərbə - Əməliyyat


7-01-2018, 09:01. : Admin Türk ordusundan PKK-ya ağır zərbə - Əməliyyat
Türk ordusunun Diyarbəkirin Licə mahalında 3 gün əvvəl başlatdığı “Bayraq-73 şəhid jandarma Osman Kaya-2” əməliyyatı başa çatıb.

Bu barədə Diyarbəkir valiliyindən informasiya yayılıb.

Əməliyyat nəticəsində terrorçular tərəfindən hazırlanmış partladıcı qurğular zərərsizləşdirilib. Bundan əlavə 2 sığınacaq, 1 müşahidə məntəqəsi və 15 mağara aşkarlanaraq məhv edilib.

Qeyd edək ki, valilik vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əməliyyatların davam etdiriləcəyini açıqlayıb.
dle 10.5