DataLife Engine > Manşet / Hadisə > Bakıda dəhşətli qəza: 15 yaralı – Video

Bakıda dəhşətli qəza: 15 yaralı – Video


7-01-2018, 09:07. : Admin Bakıda dəhşətli qəza: 15 yaralı – VideoBakının Zığ şosesində ağır qəza baş verib.

175 nömrəli marşrut avtobusu yoldan çıxaraq aşıb. Çoxsaylı yaralılar olduğu bildirilir.

Avtobusun yüksək sürət səbəbindən yoldan çıxması və aşması ehtimal edilir.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb edilib.

***

Hadisə nəticəsində 25 nəfər xəsarət alıb. 3 saylı Kliniki Tibbi Mərkəzdən Axar.az-a bildirilib ki, 16 nəfər hazırda xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlardan bəzilərinin Sabunçu rayon xəstəxanasına aparıldığı qeyd edilib.

Səhiyyə Nazirliyindən isə Azərtac-a 12 nəfərin xəsarət aldığı bildirilib.

***

Zığ şosesində 175 saylı xətt üzrə (Xətai metrosu-Hövsan qəsəbəsi) hərəkət edən avtobusun aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 15 şəxsin kimliyi bəlli olub.

3 saylı şəhər Xəstəxanasından APA-ya bildirib ki, xəsarət alanların hamısına tibbi yardım göstərilib.

Xəsarət alanlar bunlardır:

Həsənov Taleh (1998)

Qurbanova Mətanət (1960)

Məhərrəmov Elcan (2003)

Nəbiyeva Səliqə (1959)

Ağayeva Səbirə (1975)

Məmmədli Aygün (2002)

Namazov Sədi (1938)

Məmmədov Rüstəm (1964)

Teymurova Afət (1974)

Yedyarova İrina (1975)

İsgəndərova Aygün (1981)

Savgin Vasiliy (1975)

Hüseynli Müşfiq (1998)

Babayeva Tahirə (1936)

Cəfərova Sevda (1961)
dle 10.5