DataLife Engine > Manşet / Siyasət > Trampdan Kim Çenə yaşıl işıq

Trampdan Kim Çenə yaşıl işıq


7-01-2018, 09:08. : Admin Trampdan Kim Çenə yaşıl işıq
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İn ilə danışıqlara müsbət yanaşıram.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. Cənubi və Şimali Koreya arasında gözlənilən danışıqları dəyərləndirən Tramp bu danışıqları müsbət qiymətləndirdiyini bildirib:

"İki ölkə arasında baş tutan bu prosesi yaxından izləyirik və bundan məmnunuq. Qış Olimpiya Oyunlarına görə yaranan bu vəziyyət bəlkə daha irəli gedər. Bu danışıqlar bir nəticə versə, bu, bütün insanlığın xeyrinə olardı. 100 faiz bunu dəstəkləyirəm".

Qeyd edək ki, KXDR lideri Kim Çen İn yeni illə bağlı xalqa müraciətində ölkəsinin qış Olimpiya Oyunlarında iştiraka hazır olduğunu bəyan edib. Bundan sonra hər iki tərəf - Cənub və Şimal məsələnin müzakirəsi üçün danışıqların keçirilməsi ilə bağlı hazırlığa başlayıb.
dle 10.5