DataLife Engine > Manşet / Sağlamlıq > Allergik rinitin yaranma səbəbi nədir?

Allergik rinitin yaranma səbəbi nədir?


24-03-2018, 20:33. : Admin Allergik rinitin yaranma səbəbi nədir?
Allergik rinit infeksiya ilə əlaqəli olmayan burunun nazal membranının iltihabıdır.

Bu problemə allergiyaya meyilli insanlarda xüsusilə daha çox rast gəlinir. Bu, əksər hallarda ömürboyu davam edən, yaşlanma ilə birlikdə şiddəti zəifləyən xəstəlikdir. Xəstəlik yaz aylarında, ağacların tozlandığı dövrdə daha da şiddətlənir.

Allergik rinit genetik olaraq ötürülən xəstəliklər arasında ön sıradadır. İnkişaf etmiş ölkələrdə əhalinin təxminən 10-20 faizində bu problem mövcuddur. Son 15 ildə bu xəstəliyə daha çox rast gəlinir. Təxminən 10 yaş allergik rinitin başlanğıcına ən çox rast gəlinən dövrdür. Xəstəlik 80 faiz hallarda 20 yaşından əvvəl başlayır, ortaya çıxdıqdan sonra isə uzun illər davam edir.

Allergik rinit həyati təhlükəli xəstəlik deyil, lakin insanların həyat səviyyəsinə əhəmiyyətli şəkildə təsir edən problemdir. Bu səbəbdən də allergik rinitin diaqnozu və müalicəsi çox vacibdir.
dle 10.5